ATİLLA yenidən DÜNYAYA MEYDAN OXUDU - FOTO/VİDEO

ATİLLA yenidən DÜNYAYA MEYDAN OXUDU - FOTO/VİDEOİnsanlar hər zaman səyahət edirlər, ancaq bir istiqamətdə - keçmişdən günümüzə. Şübhəsiz ki, həyatın axınında biz daim gələcəyə doğru irəliləməyə məhkumuq. Bəzən isə "dejavular" içində qalırıq, həyat bizi gözlənilmədən keçmiçə aparır, tarixi köklərimizə qaytarır. Sizə desəm ki, keçmişə səyahət edən şanslılardan biri oldum, inanarsınız? Hətta Hun imperiyasının böyük hökmdarı Atilla babamızı at belində görə bildim. Avqustun 12-14-də Macarıstandanın Buğac şəhərinin yaxınlığındakı Kişkunşaq milli parkının ərazisində baş tutan VII Hun-Türk Qurultayında iştirak etmək şansı qazandığım üçün özümü "İlin şanslısı" adlandıra bilərəm.

Publika.az üçün VII Hun-Türk Qurultayından hazırladığımız reportajı təqdim edirik.

Keçmişə səyahətim necə başladı?

Türk xaqlarının böyük görüşünün sorağı bu dəfə Avropanın mərkəzindən - Macarıstanda gəldi. Əminliklə deyə bilərəm ki, görüşün möhtəşəmliyi hələ uzun müddət dillərdən düşməyəcək. 200 mindən çox adam adamın iştirak etdiyi qurultayın yüksək təşkilatçılığı və miqyası barədə nə qədər tərif yazsam, yenə azdır. Qurultay 1100 il əvvəl Volqa boyundan Karpat ovalığına köç edən türk əsilli macar tayfalarının keçdiyi yolu, bu xalqın öz qədim tarixinə və ənənələrinə sadiqliyini əks etdirirdi. Ondan başlayım ki, Macar Turan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən qurultayda Azərbaycan və Türkiyə daxil olmaqla 20-dən çox xalqın nümayəndələri iştirak edirdi. Böyük bir meydanda təşkil olunan tədbirdə Azərbaycanın beşinci iştirak idi.
Parkın ərasinə daxil olandan hiss edirsən ki, tamamilə ayrı bir dünyadasan. Macarların qurultaya olan marağı və sevgisi məni xüsusilə duyğulandırdı. Türk xalqlarının nümayəndələri ilə macar qardaşlarlarımız dünyaya sözün həqiqi mənasında meydan oxuyurdu. Eyni qanı daşıyan xalqlar Avropanın mərkəzində adət-ənənələri, milli mətbəxini, at minmə, ox, döyüş sənətini nümayiş etdirirdilər. Atların kişnəməsi, qılınc sədaları, ox vıyıltısı, adamı vahiməyə salan və durmadan ildırım kimi şaqqıldayan qamçı səsləri macar elində hər tərəfi bürümüşdü. Şamanların və ozanların ifası isə qurultaya xüsusi rəng qatmışdı. Qonaqların rahatlığı üçün hər cür şərait yaradılmışdı, odur ki, körpə uşaqla qatılan macar və xarici turistləri səhərdən axşama qədər davam edən tədbirdə iştirakı təəccüblü deyildi. Milli parkda yüzdən artıq yurd və alaçıq qurulmuşdu, uşaqlı analar boş alaçıqlarda oturub körpəsini rahat yedizdirə, həm də yatıra bilirdi.

Dəmirçilik, dülgərçilik, oxçuluq, baramaçılıq, toxuculuq, pinəçilik, dulusçuluq və s. kimi, qədim sənət növlərini davam etdirən ustalar üçün ayrı-ayrı guşələr yaradılmış, nadir əl işləri nümayişə çıxarılmışdı. Yarmarkalarda isə ənənəvi suvenirlər, qab-qacaq, müxtəlif bəzək əşyaları, yun məhsulları eləcə də orta əsrlərə aid silah-sursatlar satılırdı. Onu da qeyd etməliyəm ki, parkən ərazisində açıq havada saysız-hesabsız yeməkxanalar, kranlar və konteyner tuaetlər qurulmuş, uşaqlar üçün xüsusi əyləncə sahələri yaradılmışdı. Bir sözlə, hamı yerdən-göyə qədər razı idi.

Ötən illərdə olduğu kimi bu il də 100-dən çox alaçıqdan ibarət nəhəng, köçəri düşərgə salınmışdı. Hər bir xalq öz çadırında milli mədəniyyətini sərgiləyirdi. Təəssüflə qeyd etməliyəm ki, yüzlərlə yurd arasından Azərbaycana aid çadır gözə dəymirdi. Məlum oldu ki, ölkəmiz belə böyük tədbirə ciddi hazırlaşmayıb. Yaylaq Festivalında yaşanan uğursuzluqdan sonra Mədəniyyət Nazirliyinin və səfirliyimizin tədbirə laqeyd münasibəti məni və azərbaycanlı dostlarımızı sözsüz ki, məyus etdi. Azərbaycan tarixinə, mədəniyyətinə və kulinariyasına aid nümunə və təamları dadmaq arzularımız puça çıxmışdı. Hər halda sənətçilərimizi görəndə içimizdə böyük bir sevinc oyandı. Qonaqlara şamanların çıxışı, atçılıq-idman yarışı, kamandan oxatma yarışı, qılınc döyüşləri ilə yanaşı, rəngarəng konsert proqramı da təqdim olunurdu. Bu tədbirdə Azərbaycanı əməkdar artist Nuriyə Hüseynova, görkəmli tarzən Arslan Növrəsli, Qoçaq Əsgərov, Elnur Mikayılov, Kamran Kərimov, Çilənay Hüseynova və rəqqasələrimiz təmsil edirdi. Onların ifasını macarlar ilə turistlər bizim kimi, eyni coşğu ilə qarşılayıb yola saldılar.

İnsanlar hər zaman səyahət edirlər, ancaq bir istiqamətdə - keçmişdən günümüzə. Şübhəsiz ki, həyatın axınında biz daim gələcəyə doğru irəliləməyə məhkumuq. Bəzən isə "dejavular" içində qalırıq, həyat bizi gözlənilmədən keçmiçə aparır, tarixi köklərimizə qaytarır. Sizə desəm ki, keçmişə səyahət edən şanslılardan biri oldum, inanarsınız? Hətta Hun imperiyasının böyük hökmdarı Atilla babamızı at belində görə bildim. Avqustun 12-14-də Macarıstandanın Buğac şəhərinin yaxınlığındakı Kişkunşaq milli parkının ərazisində baş tutan VII Hun-Türk Qurultayında iştirak etmək şansı qazandığım üçün özümü "İlin şanslısı" adlandıra bilərəm.

Publika.az üçün VII Hun-Türk Qurultayından hazırladığımız reportajı təqdim edirik.

Keçmişə səyahətim necə başladı?

Türk xaqlarının böyük görüşünün sorağı bu dəfə Avropanın mərkəzindən - Macarıstanda gəldi. Əminliklə deyə bilərəm ki, görüşün möhtəşəmliyi hələ uzun müddət dillərdən düşməyəcək. 200 mindən çox adam adamın iştirak etdiyi qurultayın yüksək təşkilatçılığı və miqyası barədə nə qədər tərif yazsam, yenə azdır. Qurultay 1100 il əvvəl Volqa boyundan Karpat ovalığına köç edən türk əsilli macar tayfalarının keçdiyi yolu, bu xalqın öz qədim tarixinə və ənənələrinə sadiqliyini əks etdirirdi. Ondan başlayım ki, Macar Turan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən qurultayda Azərbaycan və Türkiyə daxil olmaqla 20-dən çox xalqın nümayəndələri iştirak edirdi. Böyük bir meydanda təşkil olunan tədbirdə Azərbaycanın beşinci iştirak idi.

Parkın ərasinə daxil olandan hiss edirsən ki, tamamilə ayrı bir dünyadasan. Macarların qurultaya olan marağı və sevgisi məni xüsusilə duyğulandırdı. Türk xalqlarının nümayəndələri ilə macar qardaşlarlarımız dünyaya sözün həqiqi mənasında meydan oxuyurdu. Eyni qanı daşıyan xalqlar Avropanın mərkəzində adət-ənənələri, milli mətbəxini, at minmə, ox, döyüş sənətini nümayiş etdirirdilər. Atların kişnəməsi, qılınc sədaları, ox vıyıltısı, adamı vahiməyə salan və durmadan ildırım kimi şaqqıldayan qamçı səsləri macar elində hər tərəfi bürümüşdü. Şamanların və ozanların ifası isə qurultaya xüsusi rəng qatmışdı. Qonaqların rahatlığı üçün hər cür şərait yaradılmışdı, odur ki, körpə uşaqla qatılan macar və xarici turistləri səhərdən axşama qədər davam edən tədbirdə iştirakı təəccüblü deyildi. Milli parkda yüzdən artıq yurd və alaçıq qurulmuşdu, uşaqlı analar boş alaçıqlarda oturub körpəsini rahat yedizdirə, həm də yatıra bilirdi.

Dəmirçilik, dülgərçilik, oxçuluq, baramaçılıq, toxuculuq, pinəçilik, dulusçuluq və s. kimi, qədim sənət növlərini davam etdirən ustalar üçün ayrı-ayrı guşələr yaradılmış, nadir əl işləri nümayişə çıxarılmışdı. Yarmarkalarda isə ənənəvi suvenirlər, qab-qacaq, müxtəlif bəzək əşyaları, yun məhsulları eləcə də orta əsrlərə aid silah-sursatlar satılırdı. Onu da qeyd etməliyəm ki, parkən ərazisində açıq havada saysız-hesabsız yeməkxanalar, kranlar və konteyner tuaetlər qurulmuş, uşaqlar üçün xüsusi əyləncə sahələri yaradılmışdı. Bir sözlə, hamı yerdən-göyə qədər razı idi.

Ötən illərdə olduğu kimi bu il də 100-dən çox alaçıqdan ibarət nəhəng, köçəri düşərgə salınmışdı. Hər bir xalq öz çadırında milli mədəniyyətini sərgiləyirdi. Təəssüflə qeyd etməliyəm ki, yüzlərlə yurd arasından Azərbaycana aid çadır gözə dəymirdi. Məlum oldu ki, ölkəmiz belə böyük tədbirə ciddi hazırlaşmayıb. Yaylaq Festivalında yaşanan uğursuzluqdan sonra Mədəniyyət Nazirliyinin və səfirliyimizin tədbirə laqeyd münasibəti məni və azərbaycanlı dostlarımızı sözsüz ki, məyus etdi. Azərbaycan tarixinə, mədəniyyətinə və kulinariyasına aid nümunə və təamları dadmaq arzularımız puça çıxmışdı. Hər halda sənətçilərimizi görəndə içimizdə böyük bir sevinc oyandı. Qonaqlara şamanların çıxışı, atçılıq-idman yarışı, kamandan oxatma yarışı, qılınc döyüşləri ilə yanaşı, rəngarəng konsert proqramı da təqdim olunurdu. Bu tədbirdə Azərbaycanı əməkdar artist Nuriyə Hüseynova, görkəmli tarzən Arslan Növrəsli, Qoçaq Əsgərov, Elnur Mikayılov, Kamran Kərimov, Çilənay Hüseynova və rəqqasələrimiz təmsil edirdi. Onların ifasını macarlar ilə turistlər bizim kimi, eyni coşğu ilə qarşılayıb yola saldılar.

Kurultáj Hungary Hun-Turkic festival

Bayrağımız dalğalandı

Möhtəşəm tamaşa zamanı hun, sak, skif, qədim madyar, türk və qıpçaqların dövründəki piyada döyüşçülərin və atlıların silahlarla və geyimlərlə paradı, nomadların dövründəki oxatanların çıxışı, qədim silahların tətbiqi ilə "Böyük çöl" hərbi sənətinin, şərq atçılıq idmanı növlərinin nümayişi oldu. Atlılar meydanda sözün əsl mənasında nəfəskəsici şou göstərirdi. Qədim milli və ağır hərbi geyimlərində meydana çıxan qəhrəmanlar hər kəsi bir anlıq keçmişə apardı. Sanki tarixin ən böyük sərkərdələrindən biri - Atillanın ruhu başımızın üstündə dolaşırdı.

Daha sonra bayraqların nümayişi oldu. Atlıların əlində dalğalandırdığı hər bir bayraq meydanda gurultulu qoparırdı, hər bir xalq öz bayrağına olan sevgisini qışqıraraq və əl çalaraq ifadə edirdi. Bu, həm də tarixin bütün dövrlərində azad və hürr türk dövlətləri yaratmaq uğrunda döyüşən ulu babalarımızın ruhuna ehtiram əlaməti idi...

Buğacda düzənlənən VII Hun-Türk Qurultayını fərqləndirən əsas özəlliklərdən biri Qurultay keçirilən ərazidə böyük Atilla yurdunun (çadır) qurulması oldu. Qara rəngdə qurulan yurd tarixə bu vaxtadək qurulan ən böyük çadır olaraq düşüb.

Rəsmilərin çıxışları

Açılış mərasimində Macarıstan parlamentinin spikeri Laslo Köver, Türkiyənin sabiq Baş naziri və Böyük Millət Məclisinin sabiq spikeri Binəli Yıldırım, Azərbaycan Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Əzəmət Jamankulov və digər ali qonaqlar çıxış ediblər.

Qurultayı giriş sözü ilə ölkə Parlamentinin vitse-spikeri Laşlo Köver ilə Macar Turan Cəmiyyətinin sədri Andraş Biro açdı. Vitse spiker Qurultayı bütün Qərb və Şərq xalqlarına mesaj və nümunə adlandırıb. O, bildirib ki, macarların öz mədəniyyətlərindən əl çəkməyə, köklərini inkar etməyə necə məcbur etməyə çalışıblar.

"Qurultay ənənələrinin qorunub saxlanması təkcə hun və türk xalqları üçün deyil, həm də bütün Qərb və Şərq xalqları üçün bir gözəl mesaj və nümunədir. Bu tədbirin məqsədi macarlar və onların mədəni qohumları, şərq türk xalqları və Altay xalqları arasında Avrasiya çölünün ortaq köçəri at mədəniyyəti və adət-ənənələrinin vəhdətini möhkəmləndirməkdir. Qurultay çərçivəsində xalqların mənəvi vəhdəti hiss olunur, bu görüş insanları ortaq keçmişinə qaytarır, türk xalqlarını birləşdirir və sülhlə barışığa çağırır".

Türkiyə Cümhuriyyətinin keçmiş baş naziri Binəli Yıldırım isə çıxışında bildirib ki, bu Qurultayı Türk xalqları arasında tarixi, mədəni, elmi və ekonomi baxımdan olduqca əhəmiyyətlidir.

Tədbirdə iştirak etmək üçün Almaniyadan qatıldığını deyən Nurəddin Sancaq bildirib ki, ölkələr əvvəlcədən hazırlıq görməlidir:

"Qurultayın Qərbi Avropa koordinatoruyam. Tədbir türk dünyası üçün çox mühüm hadisədir, eyni zamanda dünyada təşkil olunan ən böyük qurultaydır. Ümid edirəm ki, qurultayın miqyası və iştirakçılarının sayı qarşıdakı illərdə daha da artar. Qurultayda iştirak edən xalqlar öz ölkələrinin dəyərlərini yüksək səviyyədə təbliğ etməlidir. Bunun üçün insanları əvvəlcədən maarifləndirmək lazımdır. Məsələn, siz Azərbaycandan gəlmisinizsə, ən az iki ədəd çadırınız olmalıdır ki, gələn qonaqların azərbaycanlıların mədəniyyəti və milli mətbəxi ilə tanış ola bilsin".

Tatarıstandan gələn Zarina Hasanşına bildirib ki, tədbirdə ilk dəfədir iştirak edir:

"Xalqların bir məqsəd ətrafında birləşdiyini görmək gözəldir, həm də fantastikdir. Heyrətamiz duyğular içindəyəm. Belə nəhəng bir tədbirin iştirakçısı olduğum üçün çox sevincliyəm. Digər türk xalqlarının mədəniyyəti və tarixi ilə yaxından tanış olur və qədim köklərimizə qayıdırıq. Yeni insanlarla tanış olur və dostluq münasibətləri qururuq. Tədbirin təşkilatçılığına isə söz ola bilməz".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 442   Tarix: 15 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı

17 sentyabr 2021
.

İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI

Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd

18 sentyabr 2021
.

Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO

Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il

15 sentyabr 2021
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16 sentyabr 2021
.

Broyler toyuqlarında da koronavirus aşkarlandı

Rusiyada toyuq əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlanıb. xəbər verir ki, virusu Çin hökuməti aşkarlayıb. Çinin Baş Gömrük İdarəsinin rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən üç Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulda COVID-19 aşkarlanıb

16 sentyabr 2021
.

"Vyetnamlı Tarzan" müharibədən qaçıb cəngəllikdə gizləndi: Görün başına nə gəldi - FOTO

40 il cəngəllikdə yaşayan 52 yaşındakı Xo Van Lanq, adamların arasına qayıtdıqdan 8 il sonra qaraciyər xərçəngindən ölüb. -a istinadla bildirir ki, 1972-ci ildə ABŞ təyyarələri həmin vaxt Xo Van Lanqın yaşadığı kəndi bombalayıblar. Kənddə yalnız o və atası Xo Van Txan sağ qalıblar. Düşməndən qorunma

15 sentyabr 2021
.

Bəylə gəlin həm bir-birilərinə, həm də seçdikləri namizədə "hə" dedilər - VİDEO

Rusiyanın Zabaykalsk diyarında gənc cütlük səsvermə zaman elə birbaşa seçki məntəqəsində nikaha girmək qərarına gəliblər. Beləliklə yeni evlilər bir gündə iki vətəndaşlıq borcunu yerinə yetiriblər. Hadisə Çita şəhərində qeydə alınıb. "Gənclərin Rusiyanın gələcəyinə səs verməsinə mane olan səbəblər

18 sentyabr 2021
.

Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO

Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl

18 sentyabr 2021
.

23 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL: Sevgilisindən hamilə qaldı - Ailəsindən gizlətdi: Uşağı dünyaya gətirəndə...

Yaponiyada ailəsindən gizli şəkildə hamilə qalan qadın uşağı Tokio hava limanında dünyaya gətirib. xəbər verir ki, uşağı tualetdə dünyaya gətirən qadın ardınca körpəni kağızla öldürüb. Bildirilir ki, Kobe şəhərindən Tokioya səfərə edən 23 yaşlı qadının hava limanında doğum vaxtı çatıb. O, tualetdə uşağ

17 sentyabr 2021