Qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Kür çayında və Baş Mil-Muğan kollektorunda balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Trend-ə bildirib ki, araşdırma zamanı brakonyerlərin Neftçala və Salyan rayon sakinləri Cavanşir Quliyev və Salman Əhmədov olduğu müəyyən edilib.
"Eyni zamanda Xızı rayonu ərazisində ova cəhd edən Bakı şəhər sakinləri Elşad Əyyubov və Rəşad Kərimov saxlanılıb".
B.Məhəmmədov qeyd edib ki, faktlarla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1096 Tarix: 17 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabr