Bakıda müşahidə olunan toz dumanı nə qədər davam edəcək?
Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir:
"Dispers toz hissəcikləri Xətai rayonunda 4,3, Nizami rayonunda 2,4, Səbail rayonunda 2,5 dəfə normadan yüksək qeydə alınıb".
G.Məmmədovanın sözlərinə görə, sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1095 Tarix: 17 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabr