Məktəblilərimizin Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğuru - FOTO
İndoneziya Respublikasının Cokyakarta şəhərində 34-cü Beynəlxalq İnformatika Olimpiadası (IOI 2022) keçirilib. 88 ölkədən 349-dan çox şagirdin qatıldığı olimpiadada azərbaycanlı məktəblilər ölkəmizi uğurla təmsil ediblər. Belə ki, olimpiadada iştirak edən Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Səid Nəsibov bürünc medal əldə edib.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Olimpiada Cokyakarta şəhərində 7-15 avqust 2022-ci il tarixlərində keçirilib. Fidan Hüseynova, Fuad Qarayev, Ömər Əfəndi və Səid Nəsibovun iştirakçısı olduğu komandanın rəhbəri Rəşad Məmmədov, rəhbər müavini isə İbrahim Tağızadə olub.
Onu da bildirək ki, məktəblilərimizin informatika fənni üzrə müxtəlif beynəlxalq olimpiadalara dair uğurlu nəticələri son bir neçə ildə daha da artıb: 2014-cü ildən etibarən şagirdlərimiz ölkəmizə 1 qızıl, 11 gümüş və 36 bürünc medal gətirib.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı