Şabrandakı yanğında 13 ev yandı - FOTOLAR
"Şabranda bir neçə gündür davam edən güclü meşə yanğınları nəticəsində rayonun Dağbilici kəndində 3 ev yanıb. Bir ev tamamilə yanaraq sıradan çıxıb, digər iki ev qismən yanıb. Həmçinin Zöhramı kəndində 10 evin yardımçı hissələri yanğından zərər görüb".
Bu barədə "Qafqazinfo"ya Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri İlkin Ağayev məlumat verib.
Onun sözlərinə görə, bu, yanğının vurduğu zərərlə bağlı ilkin məlumatdır: "Hazırda meşə yanğınlarının Şabran rayonuna vurduğu zərərin araşdırılması ilə bağlı komissiya işləyir".
İ. Ağayev, həmçinin bildirib ki, artıq rayonun digər kəndlərində yanğınlar bir qədər səngiyib. Yuxarı kəndlərdə 13 yanğınsöndürmə texnikası həmin ərazilərdə keşik çəkir. Hər hansı xoşagəlməz hadisə olarsa, qarşısını almağa hazırdırlar.
Qeyd edək ki, Şabranda dağlıq ərazidə biçilmiş əkin sahəsində başlayan yanğın sonradan yaxınlıqdakı kəndlərə də çatıb. Sosial şəbəkələrdə kəndlərdə ev və təsərrüfatlara ciddi zərər dəydiyini əks etdirən görüntülər yayılıb. AzərTAc İnformasiya Agentliyinin əməkdaşı Elxan Yusifli də feysbuk hesabında həmin kəndlərdə hazırkı dəhşətli vəziyyəti göstərən fotoşəkillər paylaşıb. Həmin görüntüləri təqdim edirik:








Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı