Hər bir müraciətə xüsusi həssaslıqla yanaşılır
SOCAR "Azəriqaz" İstehsalat Birliyinin regionlarda vətəndaşlarla görüşü davam edir.
Sonxeber.az xəbər verir ki, növbəti "Səyyar qəbul otağı" Cəlilabad rayonunda qurulub. Aksiyaya rayonun Dələli, Kövüzbulaq, Edişə, Şatırlı, Mikayıllı, Zərbəli, Mirzəli, Lallar, Ləkin, Zəhmətoba, Musalı, Şükürlü, Kürdlər, Sadatlı kəndlərindən üz tutan sakinlər qaz təchizatı bağlı problemlərindən söz açıblar.
Daxil olan müraciətlər əsasən qazlaşmayan kəndlərin mavi yanacaqla təmin olunması, qazlaşan kəndlərin isə genişlənən hissələrinə (yeni yaşayış massivlərinə) təbii qaz çəkilişi ilə bağlı olub. Bundan əlavə, qapı keçidinin quraşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi, fərdi yaşayış evinə quraşdırılan sonradan ödənişli sayğacın əvvəlcədən ödənişli sayğacla əvəz olunması ilə bağlı müraciətlər də daxil olub. Aksiyada iştirak edən 35-dək sakinin hər birinin müraciəti Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin yerindəcə baxılmasına dair tapşırıq verilib.









Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı