"Ermənilər evləri yandırmaqla vəhşi xislətə malik olduqlarını bütün dünyaya nümayiş etdirirlər" - Bəhruz Məhərrəmov

"Ermənilər evləri yandırmaqla vəhşi xislətə malik olduqlarını bütün dünyaya nümayiş etdirirlər" - Bəhruz MəhərrəmovAvqustun sonuna qədər Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk etməli olan, Azərbaycan ərazisində qeyri-qanuni məskunlaşmış ermənilər evləri yandırmağa, dağıtmağa, meşələrə od vurmağa davam edir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Bəhruz Məhərrəmov bildirib ki, erməni vəhşiliyi qarşısında Rusiya sülhməramlıların hərəkətsizliyi təəccüb və təəssüf doğurur:

"Sülhməramlılar törədilən urbisid və ekosidə mane ola bilmirlərsə, bunu dərhal açıq şəkildə etiraf etməlidirlər ki, Azərbaycan ordu hissələri özü bu problemi kökündən həll etsin. 10 noyabr kapitulyasiya aktının 6-cı maddəsinə müvafiq olaraq Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin yerdəyişməsi ilə əlaqədar Laçın, Zabux və Suz kəndində qanunsuz məskunlaşmış ermənilərin köçürülməsi prosesi növbəti dəfə vandalizm aktları ilə müşahidə olunur. Ermənilər evləri, ağacları yandırmaqla nə qədər vəhşi bir xislətə, vandal təbiətə malik məxluqlar olduqlarını bütün dünyaya nümayiş etdirirlər. Hesab edirəm ki, mədəni-tarixi irs, o cümlədən, ekoloji mühitin müdafiəsi ilə məşğul olan çoxsaylı təşlilatlar bu vandal davranışla bağlı mövqeyini bildirməlidir. Eyni zamanda Brüssel prosesinin qarantoru kimi Avropa İttifaqı, 10 noyabr prosesinin təminatçısı kimi isə Rusiya dərhal ermənilərin bu vəhşiliyini, baş verənlərə Ermənistanın susqunluğunu pisləməlidir. Çünki ermənilərin bu vandallığı Moskva və Brüsselin dəstək verdiyi sülh və sabitlik perspektivləri üçün zərbədir. Bir tərəfdən danışıq aparıb, digər tərəfdən ekosid və urbisid cinayətləri törətmək bu danışıqların səmimi olmadığını, Ermənistanın imitasiya ilə məşğul olduğunu göstərir.
Eyni zamanda erməni vəhşiliyi qarşısında Rusiya sülhməramlıların hərəkətsizliyi təəccüb və təəssüf doğurur. Sülhməramlılar törədilən urbisid və ekosidə mane ola bilmirlərsə, bunu dərhal açıq şəkildə etiraf etməlidirlər ki, Azərbaycan ordu hissələri özü bu problemi kökündən həll etsin. Hüquq, güc və imkanlarımız da bizə şərait yaradır ki, beynəlxalq hüquqla tanınan ərazilərimizdə bu kimi cinayətkar fəaliyyətə görə cəza tədbirləri görək, müvafiq əməliyyat keçirərək mülkiyyət və təbiətinə ziyan vuran şəxsləri ədalət mühakiməsinin ixtiyarına verək. Ermənilər bilməlidirlər ki, son günlər Laçın və iki kənddəki vandalizm aktları çox dəqiqliklə sənədləşdirilir və törədilən hər bir cinayətkar davranışa görə erməni-terror dövləti ilə bərabər bu əməli törədən fərdlər də tək-tək cəzalanacaq.

Mən həmçinin məsələyə başqa prizmadan da baxılmasının tərəfdarıyam. Proses təbii ki, qəbuledilməzdir, amma özlüyündə yaşananlar başqa bir reallığı üzə çıxarır. Törədilən urbisid və ekosid o deməkdir ki, Ermənistan da ermənilər də başa düşür ki, bu vandal qəbilə bu torpaqlardan əbədi olaraq gedirlər".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1783   Tarix: 18 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr