Ərdoğanla Zelenski arasında Pototski sarayında görüş keçirilir - YENİLƏNİB + VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pototski sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Buradakı təkbətək görüşdən sonra iki lider və BMT-nin baş katibi Antonio Quterreş görüşəcək.
Görüşdən sonra Ərdoğan, Zelenski və Quterreş birgə mətbuat konfransı keçirəcək.
Ərdoğanın ukraynalı həmkarı ilə görüşləri zamanı strateji tərəfdaşlıq səviyyəsində Türkiyə-Ukrayna əlaqələrinin bütün aspektləri qiymətləndiriləcək.
Sözügedən görüşdə Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün yaradılmış mexanizmin fəaliyyətinin artırılması ilə Ukrayna-Rusiya müharibəsinin diplomatik yollarla dayandırılması üçün atılacaq addımlar müzakirə olunacaq.
Antonio Quterreş Lvovda Zelenski və prezident Ərdoğanla üçtərəfli görüş keçirəndən sonra avqustun 19-da Odessaya gedəcək.
Quterreş Ərdoğanın dəvəti ilə Ukraynaya səfərindən sonra avqustun 20-də, şənbə günü Ukrayna taxılının daşınması üçün İstanbulda yaradılmış Birgə Koordinasiya Mərkəzinə baş çəkəcək.
Mənbə: TRT Haber
15:51
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlar aparmaq üçün Ukraynanın Lvov şəhərindədir.
Polşanın Jeşuv Beynəlxalq Hava Limanında Ərdoğan Polşa vilayətinin qubernatoru Radoslav Viatra və Türkiyənin Varşavadakı səfiri Cengiz-Kamil Fıratla görüşüb, daha sonra quru yolu ilə Lvova gedib.
Ərdoğanı Ukrayna səfərində xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz, müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahid Kırışçı, ticarət naziri Mehmet Muş, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, nəqliyyat naziri Fəxrəddin Altun, müdafiə sənayesi rəhbəri İsmayıl Dəmir və "Baykar"ın CEO-su Haluk Bayraktar müşayiət edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı