Yardımlı sakinləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinə niyə təşəkkür etdilər?
SOCAR "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Yardımlı rayonunda baş tutub.
Sonxeber.az xəbər verir ki, aksiyada ümumilikdə 16 sakin iştirak edib.
Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov vətəndaşlara bu aksiyanın mahiyyəti ilə yanaşı, ölkə üzrə hazırda qazlaşma prosesi ilə bağlı məlumat verib. Yardımlı rayonu, Şəfəqli kənd sakini, şəhid qardaşı Fikrət Məmmədov belə bir aksiyanın təşkil edilməsinə görə SOCAR "Azəriqaz" İB-nin rəhbərliyinə təşəkkür edərək hazırda Şəfəqli kəndində qazlaşdırma işlərinin aparıldığını bildirib. Vətəndaşlar qarşıdan gələn payız-qış mövsümündə təbii qazdan istifadə edə bilmələri üçün işlərin daha da sürətləndirilməsini xahiş ediblər. Sırıq kənd sakini Zaur İsgəndərov öz müraciətində yaşadığı kəndin qazlaşdırılmasını, həm də Birlikdə müvafiq işlə təmin edilməsini xahiş edib. Dəlləkli kənd sakini Eldar Ziyadov çıxış edərək sözü gedən kənddə qazlaşdırma işlərinin başa çatdırıldığını bildirərək Birliyin rəhbərliyinə təşəkkür edib.
Bütün qaldırılan məsələlərlə bağlı Lənkəran RQİİ-nin rəhbərliyi vətəndaşlara ətraflı məlumat verib.




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı