Hakerlər Pentaqonun yeni texnologiyasını "sındırdılar"
Las-Veqasda keçirilən DEF CON 2022 sərgisində hakerlər ABŞ Müdafiə Nazirliyinin yeni texnologiyasını - hərbi bazalardakı yerli avtonom elektrik şəbəkələrini (mikroqridləri) "sındırmağa" nail olublar.
Qeyd olunur ki, Pentaqon zəif yerlərini axtarmaq üçün texnologiyanı sınaqdan keçirib. 1700-dən artıq DEF CON iştirakçısının çoxu Pentaqonun hazırladığı şəbəkəni təqlid edən saxta şəbəkəni uğurla söndürüb.
Hakerlərdən biri isə mikroqridlərin mənfi dəyərlərdən istifadə etməyən Kelvin temperatur şkalası üzrə işlədiyini müəyyən edib. Nəticədə o, proqnoz modelinə mənfi ədədlər qoyub ki, bu da sistemin çökməsinə səbəb olub.
Pentaqondan bildirilib ki, sözügedən mikro şəbəkəni daha da təkmilləşdirmək və boşluqları tapmaq üçün tam hüquqlu bir proqramı işə salmaq planlaşdırılır.
Qeyd edək ki, mikro şəbəkə enerji sistemini bölmələrə ayırmaq üçün nəzərdə tutulmuş texnologiyadır. Hər bir bölmə lazım olduqda avtonom işləməyi bacarır və alternativ enerji mənbələrindən aktiv şəkildə istifadə edir.
Mənbə: gazeta.ru
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 818 Tarix: 19 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
Rəsmi Tehran Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük planı Vaşinqtona təqdim edib və cavab gözləyir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib
18 oktyabrBBC dövlət qulluqçuları ilə əməkdaşlığı dayandırıb
BBC xəbər otağında dövlət qulluqçularının faktların yoxlanılması və statistik məlumatların təhlilində iştirak etməsi ilə bağlı yaranan narahatlıqlardan sonra əməkdaşlıq proqramını dayandırıb. The Times-a istinadən xəbər verir ki, qərar BBC-nin redaksiya müstəqilliyi və qərəzsizliyi ətrafında müzakirələ
19 oktyabrAstronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər. Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb. Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəy
19 oktyabrİran səfiri Almaniya XİN-ə çağırılıb
Almaniya Xarici İşlər Nazirliyi (XİN) ölkənin məhkəməsi tərəfindən İranın xeyrinə casusluqda və yəhudi icması liderlərinə hücumların təşkilində təqsirli bilinən iki kişi barəsində çıxarılan hökmlərdən sonra İran səfirini çağırıb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniy
19 oktyabr