Binəqədidə su kəmərində qəza olub - FOTO
Binəqədi qəsəbəsi 1-ci mədən 30-cu korpus ərazisindən keçən 160 mm diametrli, təzyiqli magistral su kəmərində qəza baş verib.
"Azərsu" ASC-dən verilən məlumata görə, su sızması magistral su kəmərinin mühafizə zolağında qeyri-qanuni inşa edilmiş 170 nömrəli fərdi yaşayış evinin altında yaranıb. Qəza nəticəsində ərazidə olan bir neçə fərdi yaşayış evinin zirzəmisi və həyətləri də su altında qalıb.
Qəza haqqında məlumat daxil olduqdan dərhal sonra "Azərsu" ASC-nin, rayon İcra Hakimiyyəti və bələdiyyənin əməkdaşları qəza yerinə baxış keçiriblər. Məlum olub ki, qəza həmin yaşayış evinin yataq otağının alt hissəsində baş verib ki, bu da həmin yerdə texnikanın işləməsini mümkünsüz edib. Mənzil sahibi tərəfindən evin döşəməsi sökülərək qəzanın yeri müəyyən edilib.
"Azərsu" ASC-nin qəza briqadası tərəfindən su axıntısının qarşısı müvəqqəti olaraq alınıb. Hazırda qəzanın tam aradan qaldırılması üçün işlər davam etdirilir.
Qeyd edilib ki, fərdi yaşayış evlərinin və obyektlərin inşası zamanı tikinti qaydalarına əməl olunmaması, tikintilərin magistral və paylayıcı su xətlərinin mühafizə zonasında, hətta bəzi hallarda üzərində aparılması baş vermiş qəzaların aradan qaldırılmasında ciddi çətinliklər yaradır. Texniki vasitələrlə qazıntı işlərinin aparılması mümkün olmadığından təmir-bərpa işləri olduqca çətin şəraitdə həyata keçirilir və uzun müddət çəkir. Təhlükəsizlik qaydalarına görə, təmir-bərpa işlərinin aparılması üçün kəmərin mühafizə zonası tam boşaldılmalı, texnikanın sərbəst hərəkətinə şərait yaradılmalıdır. Əksər hallarda mənzil və obyekt sahibləri bununla razılaşmır, nəticədə təmir işlərinin başa çatdırılması xeyli vaxt aparır.
Ötən müddətdə Biləcəri qəsəbəsi Məlikaslanov küçəsi, Binəqədi yolu 3-cü döngə, Xətai rayonu kənd Əhmədli, Nizami rayonu Azər Manafov, Çobanzadə küçələri və s. ərazilərdə magistral su xətləri və kanalizasiya kollektorlarında baş vermiş qəzaların aradan qaldırılmasına kommunikasiya xətləri üzərində qanunsuz tikilmiş fərdi yaşayış evləri və obyektləri çətinliklər yaradıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 801 Tarix: 19 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabr