Un və çörək satışı bazarında monitorinqlər aparılır - RƏSMİ
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək satışı bazarında monitorinqlər aparır.
Bu barədə qurumdan bildirilib.
"Hazırda dünyada baş verən iqtisadi proseslər, ərzaqlıq buğdanın əsas istehsalçısı və ixracatçısı olan Rusiya və Ukrayna arasında baş verən hərbi münaqişənin yaratdığı problemlər, tədarük riskləri, ərzaqlıq buğda ixracında məhdudiyyətlər, dünya bazarında ərzaqlıq buğdaya tələbin yüksəlməsi qiymət artımına səbəb olub. Bu və digər amillər Azərbaycanda da un və çörəyin qiymətinə təsir göstərib. Hazırda daxili bazarda unun və nəticə etibarilə, çörəyin qiymətində artım müşahidə olunur.
Azərbaycanda ərzaqlıq buğda, un və çörəyin qiyməti tənzimlənən tariflərlə deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən, əsas idxal bazarlarındakı) qiymətinə görə formalaşır.
"Sahibkarlıq fəaliyyəti haqqında" Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər. Bununla belə, dünya ərzaq bazarında qiymətin artımı fonunda ölkəmizdə un və çörəyin qiymətində manipulyasiyalara yol verilməməsi üçün Dövlət Xidməti qanunamüvafiq tədbirlər həyata keçirir, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır.
Dövlət Xidmətinin rəsmi internet saytında un istehsalçılarının topdansatış mərkəzləri, həmçinin məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatlar yerləşdirilib və mütəmadi olaraq yenilənir", - deyə məlumatda qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2110 Tarix: 19 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabr