Sabah Bakıda 5 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək
Sabah saat 08:00-dan avqustun 21-i saat 20:00-a qədər Bakının Nizami rayonunun Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsində yerləşən dairədə aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 6 sayda müntəzəm marşrutun (M8,1, 62,184, 214 və H1 nömrəli) hərəkət sxemi müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.
Dəyişikliyə əsasən:
M8 nömrəli marşrutun hərəkət sxemi Maştağa qəsəbəsi istiqamətində dəyişdirilərək "Koroğlu" yolqovşağı – "Koroğlu" m/st (Atletlər kəndinin yaxınlığı) – X.R.Ulutürk küçəsi – Böyükşor parkı – Heydər Əliyev prospekti daha sonra öz hərəkət sxemi üzrə;
1 nömrəli marşrutun hərəkət sxemi "Neftçilər" m/st istiqamətində dəyişdirilərək "Koroğlu" yolqovşağı – "Koroğlu" m/st (Atletlər kəndinin yaxınlığı) – X.R.Ulutürk küçəsi – Ziya Bünyadov prospekti – "Qara Qarayev" prospekti daha sonra öz hərəkət sxemi üzrə;
62 nömrəli marşrutun hərəkət sxemi Sabunçu qəsəbəsi istiqamətində dəyişdirilərək Əli Vəliyev küçəsi – Kamil Balakişiyev küçəsi – Mikayıl Əliyev küçəsi daha sonra öz hərəkət sxemi üzrə;
184 nömrəli marşrutun hərəkət sxemi Suraxanı qəsəbəsi istiqamətində dəyişdirilərək Koroğlu yolqovşağı – Koroğlu m/st (Atletlər kəndinin yaxınlığı) – X.R.Ulutürk küçəsi - Heydər Əliyev prospekti daha sonra öz hərəkət sxemi üzrə;
214 nömrəli marşrutun hərəkət sxemi Ramana qəsəbəsi istiqamətində dəyişdirilərək İlham Müzəffəroğlu küçəsi – Tofiq Abbasov küçəsi - Əli Vəliyev küçəsi – Kamil Balakişiyev küçəsi – Mikayıl Əliyev küçəsi daha sonra öz hərəkət sxemi üzrə;
H1 nömrəli marşrutun hərəkət sxemi Hava Limanı istiqamətində dəyişdirilərək Koroğlu yolqovşağı – Koroğlu m/st (Atletlər kəndinin yaxınlığı) – X.R.Ulutürk küçəsi – Böyükşor parkı – Heydər Əliyev prospekti daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1238 Tarix: 19 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabr