Maaşlar belə hesablanacaq - Kimlər daha çox alacaq? (VİDEO)
Təhsilverənlərin vəzifə maaşlarına aylıq əlavələrin müəyyən edilməsi haqqında fərman təhsil sisteminə müsbət təsir edəcək.
Sonxeber.az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
Nazir müavini bildirib ki, birinci qrup təhsil işçilərinə veriləcək əlavələr təhsil alanların sayına görə müəyyən ediləcək. Buraya direktor və müavinləri aiddir.
Onun sözlərinə görə, sözügedən fərman təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərəcək, idarəetmə fəaliyyətində səmərəliliyi artıracaq.
Müəllimlərə veriləcək əlavələrə gəldikdə isə, İdris İsayev deyib ki, artımlar sertifikatlaşdırmanın nəticələrinə görə aparılacaq. Əlavələr dövlət peşə təhsili müəssisələrində çalışanlara da aid ediləcək.
"Sentyabrın 1-dən vəzifə maaşlarına əlavələrin yalnız rəhbər işçilərə münasibətdə verilməsini təmin edəcəyik, çünki təhsil müəssisələri üzrə təhsilalanların sayı məlumdur. Sertifikatlaşdırmanın nəticələrinə görə əlavələr isə mərhələli qaydada həyata keçiriləcək",- deyə nazir müavini bildirib.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında" fərman imzalayıb.
Fərmana əsasən, 2022-ci il sentyabrın 1-dən dövlət ümümi təhsil müəssisələrinin aşağıdakı rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı