"Bu ayın sonuna kimi Azərbaycan ordusu Laçın şəhəri və kəndlərinə tam nəzarət edəcək" - AÇIQLAMA
"Laçın Azərbaycanın ən strateji əhəmiyyətli rayonlarından biridir. 1992-ci ildə ermənilərin ciddi-cəhdlə Laçını işğal etməkdə məqsədləri strateji əhəmiyyətli yüksəklikləri ələ keçirmək idi".
Bunu Oxu.Az-a açıqlamasında deputat Arzu Nağıyev bildirib.
Onun sözlərinə görə, həmin vaxt Şuşadan sonra Laçının işğal olunması onların qarşısında qoyulan əsas vəzifə idi:
"Çünki bura Kəlbəcərlə həmsərhəd, Xankəndiyə isə yaxın idi. Döyüşlər zamanı 14 mindən artıq ev yandırılıb məhv edilmişdi. Laçından çoxsaylı əsir götürülmüşdü, rayon 270-ə yaxın şəhid vermişdi. Ermənilər Laçını vandalizmə məruz qoydular. Rayon işğal olunanda Azərbaycanda xaotik bir vəziyyət idi.
Hərc-mərclik, müxtəlif qruplaşmalar, hərbi birləşmələr var idi, hansı ki, siyasi məqsədlərə xidmət edirdilər və qarşısını almaq problemli idi. Həmin vaxt Bakıda dövlət çevrilişinə cəhdlər edilirdi. Laçındakı qoşunların yarısı ərazilərdən çıxarılaraq, Bakıya gətirilmişdi. Belə bir vəziyyətdə Laçın mənfur düşmən tərəfdən işğal olundu, vandalizmə məruz qaldı, təbii sərvətləri, mədəni-mənəvi irsi darmadağın edildi".
Deputat bildirib ki, artıq Laçın şəhəri, eləcə də Zabux və Sus işğalçılardan boşaldılaraq azad edilir:
"Təbii ki, yenə də ermənilər öz xislətindən əl çəkmir, evləri yandırırlar. Həmin ərazilər Azərbaycanındır. Onların xisləti göz qabağındadır. Bura qədim Azərbaycan torpaqlarıdır. Bu gün artıq Azərbaycan hakimiyyəti sülhməramlı qüvvələrin müvəqqəti nəzarətində olan əraziləri təmizləməklə məşğuldur. Yeni yol çəkilir, fikrimcə, bu ayın sonuna kimi Azərbaycan ordusu Laçın şəhəri və kəndlərinə tam nəzarət edəcək. Bu, mühüm məsələdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1251 Tarix: 22 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr