İşğal olunan Laçın və azad edilən Laçın – ŞƏRH + FOTO

İşğal olunan Laçın və azad edilən Laçın – ŞƏRH + FOTOLaçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana təhvil verilməsi ərəfəsidir.

Azərbaycan 10 Noyabr Bəyanatının 6-cı bəndində təsbit edilmiş nəticələrə vaxtından əvvəl çatır.

10 Noyabr Bəyanatından sonra Gorus-Xankəndi yoluna (keçmiş Laçın dəhlizi) alternativ marşrutun tikintisi üçün üç il nəzərdə tutulurdu, bu, Rusiya sülhməramlılarının dəhlizin keçdiyi Laçın şəhərindən və ətraf kəndlərdən çıxarılmasını şərtləndirir.

Azərbaycan Laçın şəhərinə, Zabux və Susa qoşunlarını yeridəcək və Rusiya sülhməramlıları həmin ərazilərdən çıxarılaraq alternativ yola dislokasiya ediləcəklər.

Bu, 44 günlük Vətən müharibəsinin doğurduğu nəticələrdir və Ermənistan bu nəticələr altında əzilir.

Azərbaycanın Ermənistanın başı üzərinə qaldırdığı qılınc dövlətin və xalqın tarixi unutmaması və erməni faşizminə qarşı illərdir aparılan işin bəhrəsidir.

Bəli, Ermənistan Birinci Qarabağ müharibəsində Azərbaycana elə zərbələr vurdu ki, bunun fəsadları 30 il davam etdi, ölkədə sosial düşüncə tərzində də konfrontasiyalara yol açdı.

Erməni ideoloqlar, Robert Koçaryan, Serj Sarqsyan, Zori Balayan və digər "yan"lar isə Azərbaycanda məğlubiyyət sindromunun doğurduğu acı tabloya baxaraq gülür və həyasız xislətləri ilə yeni-yeni hədələr səsləndirirdilər.

Amma Azərbaycan xalqının müqavimət ruhu Prezident İlham Əliyevin siyasi qətiyyəti ilə paralel şəkildə inkişaf etdi və hər keçən gün qələbəyə inam artdı. Aprel döyüşləri isə həmin inamı daha da gücləndirdi.

Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı həlledici qələbə koçaryanların, sarkisyanların diş ağardaraq hırıldamağını kəsdi, "qalib düşüncələri"ni formalaşdıran beyin hüceyrələrini dağıtdı və murdar "cəsarətlərinin" üstündən xətt çəkdi.

Tarixin şapalağını alınlarında və fitnəkar sifətlərində görən erməni faşistlər bir zamanlar Azərbaycanın buraxdığı səhvlər, Rusiyadan aldıqları hədsiz dəstəkdən dolayı özlərini qəhrəman hesab edib, ard-arda torpaqlarımızı işğal edirdilər.
(Ermənilər Laçını işğal etmələrini sevinclə qarşılayırlar)

Tarixi xatırlamaqda fayda var. 1992-ci ilin fevralında Xocalıda azərbaycanlılara qarşı soyqırımı həyata keçirən erməni cəlladlar bununla Azərbaycan xalqının psixologiyasına ağır zərbə vurdular və ordunun döyüş ruhu sarsıldı. Ordudakı pərakəndəlik və xaotik fəaliyyət də Azərbaycanın məğlubiyyətini sürətləndirirdi.

Bir neçə aydan sonra isə, mayın 8-də Şuşa, mayın 18-də Laçın işğal altına düşdü, həmin işğalla bağlı arxiv kadrlara baxanda siyasi idarəetmədə yaranmış xaosun əlamətləri gözə çarpır.

Şuşa da, Laçın da Azərbaycanda Ayaz Mütəllibovun devrilməsindən sonra AXC-nin diktəsi altında müvəqqəti idarəetmə qurulduğu zamanlarda işğal edilib.
Bir sözlə, Bakıda hakimiyyət üstündə aparılan qızğın mübarizə Şuşa və Laçının süqutu ilə nəticələndi.

Laçının işğalına səbəb verən amillər haqqında təsəvvürləri qeyd etmək yerinə düşər:

1. Ölkədəki siyasi dəyişikliklərə görə ordunun bir hissəsi Qarabağı tərk etmişdi;

2. Onların bir hissəsi Mütəllibovun devrilməsində iştirak etməyə can atırdı;

3. Laçın şəhərinin müdafiəsində döyüşçülər dayansalar da, onlara yardım kimi əlavə qüvvə göndərilmədi;

4. Laçın alayı buraxıldığına görə onun hərbi qulluqçularının kimə tabe olacağı və nə edəcəkləri barədə sərəncam verilmirdi.
Ölkənin müdafiə naziri isə Laçının süqutuna az qalmış xüsusi bir əda ilə özünün hakimiyyətə gəlmək sevdasından danışaraq olanlara görə öz yaxasını kənara çəkməyə çalışırdı.

Bütün bunlar tarixin yaddaşındadır – Laçını tərk edən hərbi kolonlar, rəhmətlik Çingiz Mustafayevin hayqırtısı, təkəbbürlü siyasətçilər...

Bu gün isə Azərbaycan Laçın şəhərinə nəzarəti bərpa edir, ermənilərin kürkünə birə düşür. Artıq Azərbaycanın Zəngəzurda, İrəvanda, Göyçədə də öz haqlarını bərqərar edəcəyi barədə danışılır.

Ermənilər Laçın şəhərini, Zabux və Sus kəndlərini suları süzülə-süzülə tərk edirlər. Laçın özünün əsl sahibinə qayıdır...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1667   Tarix: 22 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr