Sevdiyi qadını faciəvi şəkildə itirdi, həbsxanaya düşdü, qəzada öldü - Məşhur meyxanaçını ağladan hissi - FOTO

Sevdiyi qadını faciəvi şəkildə itirdi, həbsxanaya düşdü, qəzada öldü - Məşhur meyxanaçını ağladan hissi - FOTOKulis.az məşhur meyxana ustası Bayram Kürdəxanılı haqqında on maraqlı fakt əldə edib.

Həmin məqaləni təqdim edirik:

Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev 1961-ci ilin dekabrın 31-də Kürdəxanıda doğulub. Kürdəxanıdakı 113 saylı orta məktəbi bitirib. Ali təhsil almaq istəsə də, bu arzu ona qismət olmayıb.

Yeniyetməlik illərində səkkiz il futbolla məşğul olub. İlk şeirlərini böyük qardaşı şair Nəcəfqulunun təsiri ilə yazıb. Əsgərlikdən qabaq da şeir deyən Bayram bunu sonra da davam etdirir. 1982-ci ildən 1985-ci ilə qədər AzTV-də işləyib.

Özünün sözlərinə görə, bütün meyxanalarını bədahətən deyib. Heç bir hazırlıqsız toya gedəndə toyun böyük-kiçikliyini öyrənib meyxana deyib.

Bir dəfə Elçin Maştağalı ilə gecəyə bir toydan adama bir "Jiquli"nin pulunu yığıblar. Bayram həmin pula maşın da alıb, Elçin isə qumarda uduzub.

Orenburqda əsgərlikdə olanda bir yunan qızı ilə tanış olub. Əsgərliyi bitirib gələndən sonra Moskvada gül alveri ilə məşğul olur. Bakıdan Rusiyaya qərənfil aparıb satıb. Həmin ərəfədə tanış olduğu yunan qızını tapıb onunla evlənmək istədiyini deyir. Qızın atası hərbçi olur, qızını Bayrama vermək istəmir, anası isə əksinə, deyir ki, qızımız istəyirsə, getsin. Onlar ailə qururlar, bu evlilikdən Bəhram adlı oğulları doğulur. Bir müddət sonra isə Bayramın həyat yoldaşı qəzaya düşərək həlak olur.

Bayram oğluna kiçik toy edib onu müsəlman etdirir. Bir neçə dəfə Bakıya da gətirir. Dəmiryol institutunda oxuyan Bəhram Azərbaycan dilində yaxşı danışa bilir. Atasına deyir ki, universiteti bitirəndən sonra Bakı-Moskva qatarında işləyəcəm ki, Bakıya tez-tez gedib-gəlim.

Qardaşı Xəlifə Quliyev Bayramı xatırlayarkən deyir:

"Valideynlərim, mən, hər kəs ona evlən deyirdi. Amma o, bu işə boş yanaşırdı. Deyirdi ki, iki gün evdə, iki ay Rusiyada oluram, rayonlara gedirəm. İstəmirəm, sənə artıq bir yük qoyub gedim. Həmin gün mən onun toya getməyini istəmirdim. Dedi, söz vermişəm, getməliyəm. Heç vaxt belə sağollaşmırdı. Rəhmətə getdiyi gün anamla, uşaqlarla hər kəslə görüşdü, sağollaşdı. Çox narahat oldum, ilk dəfə idi, belə edirdi. Arxamca gəlib dedilər, balaca ayağı əzilib, amma mən başa düşdüm ki, bu təkcə ayaq əzmək deyil. Oğlumla xəstəxanaya gedəndə reanimasiyada idi. Qucaqlaşdıq, iki dəqiqə sonra keçindi. Ondan dörd ay sonra anam rəhmətə getdi, dözmədi".

Tələbəsi Sahib Kürdəxanılı isə 12-13 yaşından Bayramı bütün toylarda izlədiyini xatırlayır:

"Bayram hansı toyda olurdu, gedib mağarın kənarında onu izləyirdim. Hər kəs ona deyirdi ki, niyə evlənmirsən? Dəfələrlə mənim yanımda oturub ağlayıb ki, "kimisə bədbəxt etmək istəmirəm, mən çox yaşamayacağam".

Bayram Kürdəxanılı 2014-cü ildə şübhəli şəxs qismində saxlanılır. Onun üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilərək bir il həbs cəzası alır. 2015-ci ildə həbsdən azad edilib.

1984-cü ildən vərəm xəstəsi kimi qeydiyyatda olan meyxanaçı narkotik qəbul etdiyini, 2004-cü ildən isə tərgitdiyini söyləyib:

"Onun ağrıları çox pis olur. Mən narkotik vasitə qəbul eləməmişdim. Arıq adamam, hamı elə bilir ki, narkotik qəbul eləyirəm. Sadəcə, məni şərlədilər, içəri saldılar. Həmin vaxt tək məni tutmamışdılar. Bir neçə nəfər də həbs olunmuşdu. Sadəcə, mən tanınmış adam olduğuma görə mənim adım daha çox hallandı".

22 avqust 2017-ci il tarixində gecə toydan evə qayıdarkən isə yolu keçərkən onu maşın vurur. Bayram ağır bədən xəsarətləri alır. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilmirlər.
Sevdiyi qadını faciəvi şəkildə itirdi, həbsxanaya düşdü, qəzada öldü - Məşhur meyxanaçını ağladan hissi - FOTOSevdiyi qadını faciəvi şəkildə itirdi, həbsxanaya düşdü, qəzada öldü - Məşhur meyxanaçını ağladan hissi - FOTOSevdiyi qadını faciəvi şəkildə itirdi, həbsxanaya düşdü, qəzada öldü - Məşhur meyxanaçını ağladan hissi - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1714   Tarix: 23 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr