Bakıda sürücülərin kabusuna çevrilən 77 yaşlı "Zerkalnı Əliyar" – VİDEO
Avqustun 20-si Binəqədi rayonu 8-ci mikrorayon Cəfər Xəndan küçəsində nəqliyyat axınının əksinə hərəkət edən və digər nəqliyyat vasitələrinə təhlükəli vəziyyət yaradan "Toyota Prado" markalı avtomobilin görüntüləri yayılıb.
"Kriminallqafqaz"ın əldə etdiyi məlumata görə, ön hissəsindən nömrə nişanı sökülmüş 10 MM 100 dövlət qeydiyyat nişanlı avtomobil 75-80 yaşlı Əliyar adlı şəxsə məxsusdur. O, əhali arasında "Zerkalni Əlyar" adı ilə tanınır. Əvvəllər də dəfələrlə qəza şəraiti yaradan, bir neçə dəfə qəza törədən və cərimə edilən avtomobilin sürücüsünün ahıl şəxs olması cəmiyyətdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli "Qafqazinfo"ya açıqlamasında bildirib ki, videoda görüntülənən avtomobilin sürücüsü əvvəllər dəfələrlə məsuliyyətə cəlb edilib. O, intizamsız sürücü kimi tanınan 77 yaşlı Dadaşov Əliyar Ələkbər oğludur: "Bu ilin 20 iyun tarixində o, eyni əmələ görə 4 bal və 100 manat cərimə edilib. Daha sonra, avqustun 20-si bu əməli təkrar edib. Təəssüflə qeyd etməliyəm ki, müəyyən qayda pozuntuları var ki, misal üçün qarşı yola çıxıb nəqliyyatın axınına qarşı hərəkət etmək cəriməsi 100 manat və 4 baldır, lakin bu əməllər təkrar edildikdə daha ağır cərimə növü tətbiq edilmir, çünki qanunvericilikdə nəzərdə tutulmayıb. Belə ki, qanunvericiliyimizdə bu cür qanun pozuntularını il ərzində təkrarlayan şəxslə bağlı daha ağır sanksiya yoxdur.
Göründüyü kimi, görüntüdəki şəxs iyun ayında və avqust ayında eyni əməli təkrar etsə də, hər dəfə eyni cəzanı alıb: 100 manat və 4 cərimə balı. Birbaşa yol hərəkəti üçün ciddi təhlükə və təhdid yaradan qayda pozuntuları il ərzində təkrarlanırsa, ikinci dəfə törədildikdə sürücülük hüququnun məhdudlaşdırılması qanunvericiliyimizdə nəzərdə tutulsaydı, bu daha ədalətli və effektli olardı. Belə sürücülər də düşünməzdi ki, cərimə ödəməklə məsələ bitir. Məsələn, qırmızı işıqda keçənlərlə də bağlı belə olmalıdır. İl ərzində 3 dəfə təkrar olunursa, hər dəfə 3 bal 60 manat cərimə edilir. Halbuki digər ölkələrdə belə qayda pozuntuları ilə bağlı qanunvericilikdə daha sərt tədbirlər nəzərdə tutulur. Ümumilikdə nəqliyyat axınına qrşı törədilmiş qayda pozuntularını törətmiş şəxs və nəqliyyat vasitələri ilə bağlı təkrarçılıq halları ilə bağlı qanunvericiliyimizdə dəyişikliklərin edilməsinə ehtiyac var.
Ölkəmizdə müəyyən cəzalar yüngülləşdirilib, bu, təqdirə layiqdir. Amma elə inzibati xətalar var ki, onların qarşısının alınması üçün məsuliyyət dərinləşməlidir. Bu proses həm ədalətli olmalı, həm də qanunun aliliyi prinsiplərinə zidd olmamaqla real vəziyyətə mahiyyəti üzrə qiymət verilməsi üçün tutarlı olmalıdır!"
Qeyd edək ki, cəmiyyətdə "Zerkalni Əlyar" adı ilə tanınan 77 yaşlı sürücü ilə bağlı çoxsaylı fikirlər dolaşmaqdadır. Bir çox sürücü onun avtomobilini gördükdə özlərini sığortalamaq, yolun kənarına çəkilərək təhlükədən uzaq olmağa çalışırlar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı