Bakıda taksi sürücüsündən sükan arxasında qeyri-etik davranış: DİN-dən REAKSİYA - VİDEO
Bakıda taksi sürücüsünün sükan arxasında olarkən qeyri-etik hərəkəti ilə bağlı görüntülər yayılıb.
Videogörüntülər yolda hərəkət edən digər bir sürücü tərəfindən lentə alınıb.
Kadrlarda taksi sürücüsü sükan arxasında ayağını pəncərədən çıxararaq avtomobilini idarə edir. Sözügedən vəziyyət sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid olunub.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, şəxs barəsində araşdırma aparılacaq:
"Belə hadisələrin şahidi olmaq sözün əsl mənasında insanı məyus edir. Üstəlik, taksi sürücüsünün, hansı ki, fəaliyyəti sırf insanlara xidmətlə bağlıdır. Məsuliyyətsizliklə özünü və ətrafdakı insanları heçə sayan, təhlükə altında qoyan, ictimai münasibətlərə hörmətsizlik gətirən bu cür personajlarla nəinki polis, ümumilikdə cəmiyyətin hər bir üzvü mübarizə aparmalıdır. Təbii ki, bu şəxs barəsində də ətraflı araşdırma aparılacaq. Çünki ağlı başında olan, adekvat düşüncəli adam ayağını bayıra çıxarıb avtomobil idarə edə bilməz".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1564 Tarix: 23 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr