Xadimə paltarı geyinib xəstələrin qiymətli əşyalarını oğurladı - Foto
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında oğurluq etdiyi bildirilən qadının görüntüləri yayılıb.
"Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə şəhərdə Travmatologiya Xəstəxanası kimi tanınan xəstəxanada özünü sanitar kimi təqdim edən qadının həkim otaqlarından xeyli pul, qızıl və sair əşyalar oğurladığı qeyd edilib.
Belə ki, ağzını maska ilə örtmüş, eynək taxmış qadın xadimə geyimində özünü xəstəxana əməkdaşı kimi tanıdıb və otaqları bir-bir gəzərək əlinə keçən qiymətli əşyaları oğurlayıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev "Qafqazinfo"ya bildirib ki, hazırda yayılmış görüntülərlə bağlı Sumqayıt ŞPİ-də araşdırma aparılır: "Hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir".



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1584 Tarix: 24 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr