Vətən müharibəsi iştirakçılarını aldadan polis həbs olundu

Vətən müharibəsi iştirakçılarını aldadan polis həbs olunduGəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətverməyə təhrik əməllərində təqsirli bilinən polis əməkdaşına hökm oxunub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Təminat qrupunun polis nəfəri, sürücü-polis serjantı, 1984-cü il təvəllüdlü Tacəddin Hüseynov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə ona 7 il 6 ay müddətə həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, Tacəddin Hüseynov vəzifəsindən sui-istifadə edərək 2020-2021-ci illərdə çoxsaylı vətəndaşları aldadaraq onların külli miqdarda vəsaitini ələ keçirib. Onun barəsində hüquq-mühafizə orqanlarına müraciətlər daxil olduqdan sonra, ötən ilin sonunda "Daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamənin tələbinə uyğun olaraq xidmətdən xaric edilib və bir ay sonra – bu ilin yanvarında həbs edilib.

Məhkəmədə məlum olub ki, T.Hüseynov daxili işlər orqanlarında işləmək istəyən müxtəlif şəxslərə və onların yaxınlarına yalan vəd verərək 15 nəfərə yaxın şəxsin külli miqdarda pulunu ələ keçirib. O, həmçinin quldurluq əməlinə görə tutulmuş Orxan Həsənovun atasından oğlunu həbsdən buraxdıracağı vədi ilə 13 min manat alaraq mənimsəyib.

Zərərçəkənlər arasında bir neçə Vətən müharibəsi iştirakçısı da olub. Belə ki, Tacəddin Hüseynov polis orqanlarında işəgötürülmə prosesi zamanı müharibədə iştirak edilmiş şəxslərə üstünlük verildiyini bildirərək bir neçə müharibə iştirakçısını da aldadaraq pullarını alıb. O, vəd verdiyi şəxslərin Gəncə şəhər Baş Polis İdarəsinə, həmin idarənin İctimai Təhlükəsizlik İdarəsinin TŞ kameralarına nəzarət bölməsinə və sair yerlərdə serjant kimi işlə təmin ediləcəyini bildirib. Bir çox şəxsə isə özünü yalandan polis kapitanı kimi təqdim edərək Kadrlar Şöbəsinin rəisi olduğunu bildirib.

O da qeyd edilib ki, T.Hüseynov 2008-ci ildən daxili işlər orqanlarında çalışıb, 2017-ci ildən 2021-ci ilədək Gəncə şəhər BPİ-nin MSY-də, 2021-ci ilin mart ayından isə sonuncu vəzifəsində xidmət edib. O, məhkəmədəki ifadəsində törətdiyi əməlləri qismən etiraf edib və vətəndaşlardan ümumilikdə 38 min manat alaraq qaytarmadığını bildirib. Təqsirləndirilən şəxs ələ keçirdiyi pulları şəxsi ehtiyacına və övladının müalicəsinə xərclədiyini deyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1447   Tarix: 24 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr