"Bu, cinayətdir və məsuliyyət Ermənistan dövlətinin üzərinə düşür" - Deputat
"Laçın şəhərinin, Zabux və Sus kəndlərinin boşaldılması ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı hərbi-diplomatik siyasətin nəticəsidir".
Bu sözləri Sonxeber.az-a açıqlamasında deputat Nəsib Məhəməliyev deyib.
O vurğulayıb ki, həmin yaşayış məntəqələrinin boşaldılması 10 noyabr üçtərəfli razılaşmada nəzərdə tutulsa da, erməni tərəfi müxtəlif bəhanələrlə ərazini tərk etmək istəmir:
"Məsələ ondadır ki, işğala qədər orada ümumiyyətlə ermənilər yaşamayıb. Onlar işğal dövründə Livandan, Suriyadan gətirilən və beynəlxalq hüququn prinsiplərinə zidd olaraq, qanunsuz məskunlaşdırılan ermənilərdir. Hüquqi baxımdan bu, cinayətdir və məsuliyyət Ermənistan dövlətinin üzərinə düşür".
Deputat qeyd edib ki, Qarabağda yaşayan ermənilərin istifadə etdikləri yol Laçın şəhərindən keçdiyi üçün alternativ yolun tikilməsi zərurəti yarandı və Azərbaycan hökuməti qısa zaman ərzində şəhərdən kənar yeni yol inşa etdi:
"Ermənistan isə, öhdəliyə əsasən, öz ərazisində yolun qalan hissəsini tikməli idi. Hətta Prezident İlham Əliyevin həmin 9 km yolun bizim şirkətlər tərəfindən inşa olunmasını təklif etməsinə baxmayaraq, ermənilər razılıq vermədilər. Əksinə, təxribatlar törətdilər və bizim əsgərimiz şəhid oldu. Bundan sonra Ali Baş Komandan "Qisas" əmri verdi və ermənilər ciddi itkilər verdilər. "Dəmir Yumruğ"un yerində olduğunu görən ermənilər dərhal avqust ayının sonuna qədər köçmək üçün vaxt istədilər. Əfsuslar olsun ki, burada da əsl erməni xisləti özünü büruzə verdi. Bəzi evlər, meşələr yandırıldı, ərazilər minalandı. İrəvanda mitinqlər başladı. Beynəlxalq müstəvidə böhtan, qarayaxma kampaniyası başladı. Ancaq əbəs yerə. Ermənilər birdəfəlik anlamalıdırlar ki, belə təxribatların axırı yoxdur. Zaman Azərbaycanın lehinə işləyir və addım-addım, çətinliklə də olsa, ölkəmiz öz halal haqqına sahib çıxacaq. Emənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, sülh danışıqlarına başlamalıdır. Əks halda, gələcəyi müəmmalıdır".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1377 Tarix: 25 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabr