Prezident İlham Əliyev İtaliyada "Mənim Azərbaycanım" adlı rəsm sərgisi ilə tanış olub - FOTO

Prezident İlham Əliyev İtaliyada "Mənim Azərbaycanım" adlı rəsm sərgisi ilə tanış olub - FOTOPrezident İlham Əliyev Romada Azərbaycanın İtaliya Respublikasındakı səfirliyinin yeni binasında Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı münasibətilə təşkil edilən "Mənim Azərbaycanım" adlı rəsm sərgisi ilə tanış olub.

Sərgidə realizmdən tutmuş modernizm və postmodernizmədək Azərbaycanın təsviri sənətinin nadir nümunələri nümayiş etdirilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı birinci xanım Mehriban Əliyeva ilə Roma şəhərində səfirliyimiz və onun tabeliyində Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olub, binanın əsaslı təmiri ilə bağlı tapşırıq və tövsiyələrini veriblər.

Bildirilib ki, ötən əsrin 40-cı illərində inşa edilmiş bina diplomatik nümayəndəliklərin yerləşdiyi Nomentano-Villa Torlonia ərazisindəki Via Giovanni Battista De Rossi 27 ünvanındadır.

Binanın 1-ci və 2-ci mərtəbələri Azərbaycan Mədəniyyət Mərkəzi, 3-5-ci mərtəbələri isə səfirlik üçün nəzərdə tutulub.

Dünyanın ən zəngin tarixi irsinin yerləşdiyi Romada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin təbliği istiqamətində atılan ən mühüm addımlardan biridir və dünyada multikulturalizmin beşiyi sayılan Azərbaycanın ən yüksək səviyyədə tanıdılmasına xidmət edir. Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycanın dünya miqyasında tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirdiyi ölkələr arasında İtaliya xüsusi yerə malikdir. Romada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin zəngin tarixi-mədəni irsinin tanıdılmasına, Azərbaycan və İtaliya arasında mədəniyyət, elm, təhsil, humanitar sahələrdə daha səmərəli fəaliyyətin həyata keçirilməsinə geniş imkanlar açacaq.

Mədəniyyət Mərkəzinin daxili tərtibatında Azərbaycanın dövlət rəmzlərindən, milli sənətkarlıq elementlərindən, o cümlədən şəbəkədən istifadə edilib. Mərkəzin müxtəlif ekspozisiya zallarında Azərbaycan tarixini əks etdirən eksponatlar təqdim olunur. Qədim silahlar, misgərlik məmulatları, xalça sənətinin nümunələri, zinət və bəzək əşyaları, milli geyim və aksesuarlar da daxil olmaqla bütün eksponatlar Azərbaycanın qədim, zəngin tarixindən və mədəniyyətindən xəbər verir. Mərkəzdə müxtəlif tədbirlərin və görüşlərin keçirilməsi üçün hər cür imkan yaradılıb.

Azərbaycan xalçaları mərkəzdəki ekspozisiyanın ən qiymətli inciləri sırasındadır. Milli xalçaçılığımızın müxtəlif məktəblərinin nümunələrinin təqdim edildiyi mərkəzdə qədim xalça və xalça məmulatlarının geniş çeşidi sərgilənir. Burada Azərbaycan xalçaçılıq məktəblərinin tarixi və keçdiyi inkişaf yolları barədə italyan dilində məlumat verilir. Bundan başqa, Azərbaycan miniatürləri, ölkəmizdə qədimdən yaranıb formalaşan rəssamlıq sənəti - miniatür məktəbi barədə ətraflı məlumat verilir. Zinət və müxtəlif bəzək əşyalarının, xalq incəsənətinin bütün istiqamətlərinə dair nümunələrin, taxta üzərində oyma sənətinin təqdim olunduğu mərkəzin ekspozisiyasında Azərbaycan milli geyimləri də diqqəti cəlb edir.

Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondu tərəfindən italyan dilində nəşr olunmuş Azərbaycanın mədəniyyəti, incəsənəti, sənətkarlığı, qayaüstü rəsmlər, miniatür sənəti, milli musiqimiz, zərgərlik məmulatları, xalçalar ilə bağlı kitablar nümayiş etdirilir. Mərkəzdə, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, xarici siyasəti ilə bağlı son illər İtaliyada nəşr edilmiş kitablar da təqdim olunur.

Prezident İlham Əliyev mərkəzin açılışı münasibətilə təşkil edilən "Mənim Azərbaycanım" adlı rəsm sərgisi ilə də tanış olub. Sərgidə realizmdən tutmuş modernizm və postmodernizmədək Azərbaycanın təsviri sənətinin nadir nümunələri nümayiş etdirilir.

Mərkəzdə iki ölkə arasında elm-təhsil mübadilələri çərçivəsində onlayn dərslərin keçirilməsi, Azərbaycan dilinin tədrisi üçün xüsusi avadanlıqlarla təchiz olunmuş otaq da vardır. Burada Azərbaycan musiqisinin təbliğinə də geniş yer ayrılıb. Qədim musiqi alətlərimizin sərgisi təşkil olunub və bütün musiqi janrlarımızla bağlı CD-lər və italyan dilində nəşrlərdən ibarət guşə də yaradılıb. Bundan başqa, mərkəzdə Azərbaycanın milli mətbəxinin nümunələrinin hazırlanması və müvafiq master-klasların və təlimlərin keçirilməsi üçün şərait var.
Prezident İlham Əliyev İtaliyada "Mənim Azərbaycanım" adlı rəsm sərgisi ilə tanış olub - FOTOPrezident İlham Əliyev İtaliyada "Mənim Azərbaycanım" adlı rəsm sərgisi ilə tanış olub - FOTOPrezident İlham Əliyev İtaliyada "Mənim Azərbaycanım" adlı rəsm sərgisi ilə tanış olub - FOTOPrezident İlham Əliyev İtaliyada "Mənim Azərbaycanım" adlı rəsm sərgisi ilə tanış olub - FOTOPrezident İlham Əliyev İtaliyada "Mənim Azərbaycanım" adlı rəsm sərgisi ilə tanış olub - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1112   Tarix: 01 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr