Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak etməyən 456 şagird əlavə imtahan verəcək
Dövlət İmtahan Mərkəzinin bu il keçirdiyi buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 456 9-cu və 11-ci sinif şagirdi, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 4-də əlavə imtahan keçirəcək.
Sonxeber.az xəbər verir ki, bundan əlavə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində təşkil olunacaq.
İmtahanların idarə olunması üçün 12 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 74 nəzarətçi-müəllim, 3 buraxılış rejimi (mühafizə) əməkdaşı, 10 bina nümayəndəsi ayrılıb.
İmtahanlar bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Bu imtahanlarda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə avqustun 31-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 246, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 210 şagirdin iştirakı nəzərdə tutulur. 109 şagird isə Azərbaycan dili fənni üzrə imtahan verəcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1144 Tarix: 02 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
AZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb
"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat
21 sentyabrBulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır
"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı
22 sentyabr"Kristal Estetik" klinikası və direktoru cərimələndi
"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"
22 sentyabrBank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Son dövrlər kredit borcu olan şəxslərin yaxınlarına bank və ya bank adından fəaliyyət göstərən şəxslər tərəfindən zəng edilməsi ilə bağlı narazılıqlar gündəmə gəlir. Borclunun qohumunun kredit müqaviləsində zamin və ya digər hüquqi tərəf olub-olmaması burada mühüm əhəmiyyət daşıyır. Xüsusilə borclunu
21 sentyabrBu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabrSabah 34 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal
21 sentyabrBakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir
Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi
22 sentyabrVahid məktəbli forması: bərabərlik, nizam-intizam və vahid məktəb mühiti
Məktəb yalnız biliklərin verildiyi məkan deyil. Məktəb həm də uşağın sosial münasibətlər qurduğu, kollektiv davranış qaydalarını öyrəndiyi, məsuliyyət və intizam hissinin formalaşdığı mühüm sosial mühitdir. Bu baxımdan məktəbdə yaradılan ümumi atmosfer, o cümlədən şagirdlərin geyim mədəniyyəti təhsi
22 sentyabr