Bərdədə qarayara yayılıb? - VİDEO
Bərdənin Piyadalar kəndində kütləvi xəstəlik yayılıb. Sakinlərin qarayara xəstəliyinə yoluxduqları iddia olunur.
Bu barədə yerli sakinlər məlumat veriblər. Onların sözlərinə görə, bu səbəbdən kənddə son günlər xəstəxanalara müraciət edənlərin sayı artıb.
O da bildirilib ki, vəziyyəti ağır olan bir neçə şəxs müalicə üçün Mingəçevir şəhərindəki ixtisaslaşmış xəstəxanalara göndərilib.
Piyadalar kənd bələdiyyəsindən isə bildirilib ki, təşvişə səbəb yoxdur.
Rayon Baytarlıq İdarəsinin əməkdaşları da kəndə ezam olublar.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bir neçə nəfər xəstəxanaya müraciət edib, hazırda xəstələrin müalicəsi davam etdirilir. Xəstələrdən müayinələr götürülüb, onların dəqiq hansı infeksiyaya yoluxduğu araşdırmalardan sonra məlum olacaq.
Qeyd olunub ki, Qida Təhlükəsizliyi Agentliyi ərazini nəzarətə götürüb, mütəxəssislər araşdırma aparırlar. Heyvanlardan və torpaqdan nümunələr götürülüb. Aparılan laborator araşdırmadan sonra xəstəliyin səbəbi məlum olacaq.
Daha ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1087 Tarix: 02 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrMaşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabr