Nalayiq videoya görə əmisi oğlunu öldürən şəxsə hökm oxundu - VİDEO

Nalayiq videoya görə əmisi oğlunu öldürən şəxsə hökm oxundu - VİDEO2019-cu il martın 1-də Kamil Səttarlı əmisi oğlu Emin Babaverdiyevi qətlə yetirib. Hadisə Yasamal rayonu, M.Xiyabani küçəsi 33 ünvanında, gözəllik salonunun qarşısında baş verib.

İstintaqla məlum olub ki, Kamil Səttarlı qohumu Emin Babaverdiyevin bir qızla qeyri-təbii şəkildə seksual xarakterli hərəkətlər etməsi ilə bağlı videogörüntünün olmasını bilib, ona bununla əlaqədar iradını bildirib. Buna görə Emin onun telefonuna mütəmadi, özünün və ailəsinin ünvanına nalayiq məzmunlu mesajlar göndərib.

BAKU.WS xəbər verir ki, qisas məqsədilə martın 1-i saat 14 radələrində Kamil bıçaqla Eminə ardıcıl zərbələr endirməklə onu öldürüb.

Kamil Səttarlı bildirib ki, 2019-cu il fevralın əvvəllərində əmisi oğlu Emin Babaverdiyevin Yeni Yasamalda yerləşən "PlayStation" klubda, kabinetlərin birində naməlum qızla cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri orada işləyən Kənan adlı şəxsdən əldə edib. Həmin görüntüləri izləyərkən qohum kimi bundan utanıb. Bu barədə özündən soruşanda Emin elə bir hal olmadığını deyib. Bunu sübut etmək üçün Kamil görüntülərin şəklini çəkib Eminə göndərib. Qohumu həmin şəkilləri gördükdə belə hadisənin olduğunu etiraf edib və qızla intim əlaqədə olarkən özündə olmadığını söyləyib.

Bir neçə gündən sonra Emin Kamilə yazaraq, onun ana-bacısını söyüb. Qohumunun onu niyə söydüyünü anlamayıb, Eminə onu vuracağını bildirib. Buna baxmayaraq, dəfələrlə ona eyni məzmunlu, təhqiramiz mesajlar göndərdiyindən Emini axtarmağa başlayıb. Evdən götürdüyü mətbəx bıçağını bu məqsədlə üzərində gəzdirib. Axırıncı dəfə Emin fevralın 22-də ona yazaraq ailəsini təhqir edib. Martın 1-i günorta yaşadığı ərazidə, bərbərxananın qarşısından keçəndə Eminin orada olduğunu görüb. Onun çıxmasını gözləyib. Gözəllik salonunun qarşısından keçərkən, arxadan yaxınlaşıb, bıçaqla döş qəfəsinə üç zərbə endirib. Zərbələrdən ikisinin Eminə dəydiyini hiss edib, gözlərinə baxa-baxa onu söyüb və dərhal oradan qaçıb, yaşadığı evə gəlib.

Ata-anasına Emini vurduğunu deyib və evdən beş manat pul götürüb, gedib. Ailəsi təslim olmağını məsləhət görsə də, onlara başqa yerə gedəcəyini söyləyib. Taksi ilə Xırdalana gedib, uzaq qohumlarının evində bir müddət gizlənmək istəyib. Lakin yolda olarkən polis əməkdaşı ona zəng edib, harada olduğunu soruşaraq, ona Eminin öldüyünü bildirib. Artıq gizlənməyin mənasız olduğunu anlayıb. Məhəlləyə çatanda polis əməkdaşları tərəfindən saxlanılıb, həyətə tulladığı bıçağı tapıb, onlara təqdim edib. Məhkəmə prosesində Kamil Səttarlı ittiham üzrə özünü təqsirli bilib. Amma qeyd edib ki, törətdiyi cinayət əməlindən peşman deyil. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Səttarlı 13 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Daha ətraflı Baku TV-nin süjetində:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1677   Tarix: 02 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr