Ramiz Mehdiyevin kürəkəninə qarşı 3 milyonluq İDDİA
Prezident Administirasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni, eyni zamanda sabiq deputat olan İlham Əliyev barəsində məhkəmə iddiası qaldırılıb.
"Qafqazinfo"nun məlumatına görə, üzüm emalı ilə məşğul olan "Dostluq MK" şirkətinin rəhbəri, iş adamı Mənsur İbrahimov onu məhkəməyə verib. O iddiasında qeyd edib ki, şirkəti 2011-ci ildə təsis edib. 2019-cu ildə İlham Əliyevlə Xaçmaz rayonu 1 saylı notariat ofisində müqavilə bağlayaraq şirkətdəki payını 3 milyon manata satmağa razılıq verib. İ.Əliyev ilkin olaraq 5600 manat ödəniş edərək qalan pulu ödəyəcəyinə vəd verib. Bir müddət sonra M.İbrahimov İ.Əliyevin vədini yerinə yetirmədiyini görüb Şabran Rayon Məhkəməsinə müraciət edib. Müqavilənin etibarsız hesab edilməsini istəyib.
Daha sonra iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə yönləndirilib. İddia hakim Emin Əliyevin icraatına verilib. Məhkəmə araşdırması davam edir.
Xatırladaq ki, İ.Əliyev 2010-2020-ci illərdə deputat olub. O, 2020-ci ildə sərt karantin zamanı övladına toy etməsi ilə gündəmə gəlmişdi. Həmin ilin avqustun 22-də Abşeron Rayon Məhkəməsi İlham Əliyev və qudası Rövşən Mustafayevin 15 sutka müddətinə inzibati qaydada həbs olunması barədə qərar qəbul etmişdi. Daha sonra uzun müddət mediada görünməyən İ.Əliyev bu ilin aprelində Bakının məşhur otellərindən birinin qarşısında 10-YY-040 dövlət qeydiyyat nişanlı "Rolls Royce" avtomobilini idarə edərkən görülmüşdü. Onun hazırda bizneslə məşğul olduğu bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı