Hərbi xidmətdə olarkən "avtoşluq" edən şəxs hakim qarşısına çıxır - FOTO/VİDEO
Hərbi xidmətdə olduğu vaxt, xidmətdən yayınaraq Bakıda avtoxuliqanlıq edən iş adamının oğlu ilə bağlı istintaq tamamlanıb.
"Kriminalqafqaz" xəbər verir ki, Respublika Hərbi Prokurorluğunda aparılan istintaq materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib. Yaxın günlərdə hazırlıq iclasının keçirilməsi və işin baxışa verilməsi nəzərdə tutulub.
Əziz Məlikov Cinayət Məcəlləsinin 333.2-ci (hərbi qulluqçunun xidmət yerini özbaşına tərk etməsi), 335.2-ci (hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma) və digər maddələri ilə mühakimə olunacaq.
Xatırladaq ki, bu ilin mayında sosial şəbəkələrdə Məlikov Əziz Soltanpaşa oğlunun Bakıda "avtoşluq" etməsi ilə bağlı görüntülər yayılmışdı. Araşdırmalar zamanı məlum olmuşdu ki, o, əsgərdir və həmin vaxt hərbi xidmətdə olub. Onun xidmət vaxtı hərbi hissədə deyil, şəhərin mərkəzində "avtoşluq" etməsi ciddi müzakirələrə səbəb olmuşdu.
Əziz Məlikovun atası Soltanpaşa Əzizov tanınmış iş adamıdır. O, Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. Ə.Məlikov özü isə "TikTok" sosial şəbəkəsindəki əyləncəli videoları ilə məşhurdur.
Qeyd edək ki, Ə.Məlikov hadisədən sonra saxlanılmış, barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra o, həbsdən buraxılaraq komandanlığın müşahidəsi altına verilmişdi. Lakin həmin müddətdə qaçıb gizləndiyinə görə barəsində yenidən həbs qərarı verilmişdi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı