TƏBİB-də Vətən müharibəsi iştirakçılarına psixoloji yardımın göstərilməsi üzrə türkiyəli mütəxəssislərlə görüş keçirilib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov müharibə iştirakçılarına və qazilərə proaktiv psixoloji tibbi dəstəyin göstərilməsi üçün Səhiyyə Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Kütahya Tibb Elmləri Universitetində psixi sağlamlıq uzmanı Dr. İsmail Volkan Şahiner, Ankara Təhsil və Araşdırma Xəstəxanasının psixoloqu Nihan Kılıç ilə görüşüb.
TƏBİB-in aidiyyəti struktur bölmələrinin rəhbərlərinin və Səhiyyə Nazirliyinin nümayəndəsinin də iştirak etdiyi görüşdə Azərbaycanla Türkiyə arasında tibb sahəsində həyata keçirilən əməkdaşlıq, sahə üzrə türkiyəli mütəxəssislərlə təcrübə mübadiləsi, postmüharibə dövründə qazilərimizə psixoloji dəstəyin göstərilməsi üzrə bilik və təcrübələrin yerli mütəxəssislərlə mübadiləsi və.s məsələlər müzakirə olunub.
TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov hər sahədə olduğu kimi qardaş Türkiyənin tibb sahəsində də dəstəyinin danılmaz olduğunu bildirib.
Vətən müharibəsi iştirakçılarına postmüharibə dövründə türkiyəli mütəxəssislərlə birgə zəruri tibbi müayinə və müalicələrin, eləcə də psixoloji dəstəyin göstərilməsinin üstünlüyünü qeyd edib. O, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 181 nəfər qazinin zəruri tibb xidmətlərlə təmin olunduğunu, hazırda 14 qazinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda müalicəsini davam etdirdiyini bildirib.
"Bu gün TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində onlarla Vətən müharibəsi iştirakçısı, qazi və şəhid ailələrinin üzvləri çalışır. Qazilərimizin tibbi bərpa və reabilitasiyası xüsusi ilə diqqət mərkəzindədir. Bu yaxınlarda TƏBİB-in də dəstək göstərdiyi Türkiyənin aidiyyəti qurumları ilə birgə "Azərbaycanda xidmət göstərənlər üçün keçirilən psixososial dəstək təlimləri ilə qazilərin gücləndirilməsi layihəsi" reallaşdırılıb. Layihənin əsas məqsədi ölkəmizdə şəhid və qazi ailələrinə sahə xidməti göstərən psixoloq, psixiatr və sosial işçilərin bilik, bacarıqlarını artırmaq yolu ilə müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinin ruhi-psixoloji vəziyyətinin yaxşılaşmasına nail olmaqdır. Hesab edirəm ki, bu istiqamətdə birgə əməkdaşlığımızı bundan sonra da intensiv şəkildə davam etdirməliyik"- deyə V.Qurbanov qeyd edib.
Kütahya Tibb Elmləri Universitetində psixi sağlamlıq uzmanı Dr. İsmail Volkan Şahiner isə öz növbəsində qarşılıqlı əməkdaşlığa, birgə təcrübə mübadiləsinə, ehtiyacı olan şəxsləri müayinə və müalicə etmək üçün hazır olduqlarını vurğulayıb.

AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı