Deputatın kürəkəni RİH-i məhkəməyə verdi
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Kapitol" Mənzil Tikinti Kooperativi (MTK) Xətai Rayon İcra Hakimiyyətini məhkəməyə verib.
Sonxeber.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, iş Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun icraatındadır.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.
Detallar barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur.
Qeyd edək ki, "Kapitol" MTK 12 avqust 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Abbas Tofiq oğlu Səfərovdur.
Abbas Səfərov "Azərittifaq"ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, deputat Eldar Quliyevin kürəkənidir.
Bəzi iddialara görə, "Kapitol" MTK əslində Eldar Quliyevin şirkətidir.
Abbas Səfərovun adına başqa şirkətlər də var. Bunlar aşağıdakılardır:
Epotos-Bakı MMC
Higt Contrakt MMC
Monalit-Akfa MMC
Eleqant-M MMC
Art-Puzzle MMC
Planet Tur MMC
"Superservis".
Sonuncu şirkət Ukraynanın Odessa şəhərində qeydiyyatdan keçib.
Xatırladaq ki, Abbas Səfərovun adı ilk dəfə Zəngilandan olan məcburi köçkün Zərqələm Sadıqovanın evini yerlə-yeksan etməklə gündəmə gəlib. Bu məsələ ilə bağlı mediada tirajlanan materiallarda qeyd edilir ki, qanunsuz olaraq Zərqələm Sadıqovanın evini uçuran Abbas Səfərov məcburi köçkün tərəfindən məhkəməyə verilib. O isə məsuliyyətdən yayınmaq üçün şirkəti anası Məhluqə Qibləliyevanın adına keçirib. Bu qalmaqalın hansı sonluqla başa çatması barədə hər hansı məlumat yoxdur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı