Koronavirusa yoluxan Xalq artisti evə buraxıldı
Xalq artisti Ənvər Həsənov müalicə aldığı Xəzər Tibb Mərkəzindən ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Xalq artistinin öz istəyi və həkimlərin tibbi rəyinə uyğun olaraq müalicəsi həkim müşahidəsi altında evdə davam edəcək.
Qeyd edək ki, Ə.Həsənov avqustun 28-də bronxopnevmaniya diaqnozu ilə Xəzər Tibb Mərkəzində stasionar müalicəyə qəbul edilib. Avqustun 30-da isə "Yeni Klinika" tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun bir neçə gün əvvəl ev şəraitində koronavirusa yoluxduğu məlum olub.
Eyni zamanda, 31.08.2022-ci ildə Xalq artistinin ağciyərinin yoxlanılması məqsədilə TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan həkim-pulmonoloq dəvət edilib. Müayinə zamanı Xalq artistinin ağciyərində hər hansı ağırlaşmanın olmadığı və iltihabın aparılan müalicə prosesinə uyğun olaraq sovrulduğu müşahidə edilib.
Xatırladaq ki, Xalq artisti həmçinin uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1023 Tarix: 05 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabr