Məktəbli formaları ilə bağlı problemin SƏBƏBİ nədir? - Bakı Tikiş Evi AÇIQLADI
Artıq sentyabr ayının 5-dir. Məktəblərin açılmasına çox az zaman qalıb. Hazırda məktəbli formalarına ciddi tələbat var. Lakin yuxarı sinif şagirdləri forma çatışmazlığından şikayət edirlər.
Sonxeber.az xəbər verir ki, bununla bağlı Bakı Tikiş Evi valideynlərə müraciət edib.
Həmin müraciətdə deyilir:
"Bakı Tikiş Evi olaraq müştərilərimizə bildirmək istəyirik ki, Bakı Tikiş Evi məktəbli formalarının istehsalına könüllü şəkildə başlamış və heç bir qurum bizə bu məsələni həvalə etməmişdir. Məktəblilərin hansı rəng formanı hansı sayda istifadə edəcəyini müəyyənləşdirmək, statitistik göstəricilər olmadığı üçün tələbatı təxmin etməkdə bizə çətinliklər yaratmışdır.
Eyni zamanda, yeni məktəbli formaları ilə bağlı sualların gec cavab tapması davamında logistika krizləri və istifadə olunacaq xüsusi xammalın istehsal müddətinin uzun olması da yaranmış problemin səbəblərindəndir. Bu il yuxarı siniflərin yeni forma geyinmək məcburiyyəti olmadığı üçün şirkətimiz böyük ölçülü geyimlərin istehsalına önümüzdəki ildə başlamağı planlaşdırır.
Əlavə olaraq qeyd edək ki, özəl müəssisə olaraq bizim keyfiyyətli məhsullarımıza olan təlabatı il boyu ödəməyə davam edəcəyik.
Hörmətlə, Bakı Tikiş Evi…"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3416 Tarix: 05 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabr