Reabilitasiya mərkəzində uşaqlara işgəncə verənləri hansı cəza gözləyir? - VİDEO
"Bakı şəhəri, Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən şəxslər Cinayət Məcəlləsinin 133-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunublar. Bu hal Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) və 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə, zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə cinayət sayılır".
Bunu "Report"a açıqlamasında hüquqşünas Vamiq Şükürov deyib.
Onun sözlərinə görə, pedaqoq və psixoloqlar tərəfindən təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı, bundan başqa, işgəncə verməklə törədildiyi üçün onları iki ildən beş ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, sentyabrın 2-də Nizami rayonu ərazisində fəaliyyət göstərən, nitq qüsurlu uşaqlar üçün "Mehnur" loqopedik və psixoloji reabilitasiya mərkəzində azyaşlıların tərbiyəçilər tərəfindən döyülməsini əks etdirən görüntülər yayılıb. Mərkəzdə fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən sentyabrın 3-də saxlanılıblar.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı