Kürdəmirdə bıçaqlanan qadının nənəsi danışdı - VİDEO

Kürdəmirdə bıçaqlanan qadının nənəsi danışdı - VİDEOKürdəmirdə 1998-ci il təvəllüdlü Nargilə Eldəniz qızı Əkbərovanın və onun nənəsi, 1960-cı il təvəllüdlü Kifayət Hüseyn qızı Məmmədovanın bıçaqlanmasının yeni detalları məlum olub.

"Qafqazinfo" xəbər verir ki, "Xəzər Xəbər"ə danışan 62 yaşlı Kifayət Məmmədova hadisənin səhər saatlarında baş verdiyini bildirib.

"Səhər qapını açdıq ki, çölə çıxaq. Gördüm ki, qız qışqırdı. Mən çatanda Hikmət onu yerə yıxıb başını kəsmək istəyirdi. Özümü Nargilənin üstünə atdım, Hikmət elə bildi qızın boynudu və bıçağı mənim ayağıma çəkdi", - deyə K.Məmmədova qeyd edib.

Qeyd edək ki, daha sonra H.Əhədov özünü bıçaqlayıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin araşdırmalar zamanı məlum olub ki, Hikmət Əhədov əvvəllər 6 dəfə ailəli olub. O, 5 ay əvvəl Bakıda Ağsu rayon sakini olan 1998-ci il təvəllüdlü Nargilə Ələkbərova ilə tanış olub və onlar ailə qurublar. Lakin 2 ay sonra H.Əsədovun qeyri-sağlam həyat tərzi sürməsi səbəbindən 24 yaşlı Nargilə Bakıdan Ağsunun Ərəbmehdibəy kəndinə - anasıgilə qaçıb. Bu müddət ərzində H.Əhədov onu axtarıb və Nargilənin daha sonra Kürdəmirin Topalhəsənli kəndində nənəsigildə qaldığını öyrənib. Kürdəmirə gələn Hikmət Əhədov onların yaşadığı evi tapıb və ötən gecə mənzilə basqın edərək Nargilə ilə nənəsini bıçaqlayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1923   Tarix: 05 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr