MTN generalının həbsdə psixi problemləri yaranıb?
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, həbsdə olan general-mayor Elçin Quliyevin səhhətində ciddi problemlər yaranıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə "Defence Line" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov özünün "Facebook" səhifəsində yazıb. O bildirib ki, general ya özünü ruhi xəstə kimi göstərir, ya da doğrudan da dəli olub: "2015-ci ildən həbsdə olan Elçin Quliyev uzun müddət müşahidə kameraları altında dayanaraq ya gülür, ya da ağlayır".
Keçmiş kamera yoldaşları isə deyib ki, Elçin Quliyev özünü dəli kimi göstərərək azadlığa çıxa biləcəyini düşünür".
Bir müddət əvvəl həbsxanada generalla görüşən vəkil Elçin Sadıqov da onun yersiz davranışlar sərgilədiyini təsdiqləyib. O, "Qafqazinfo"ya açıqlamasında bildirib ki, o, Elçin Quliyevlə ilyarım əvvəl görüşüb: "Qeyri-adekvat biri kimi görünürdü. Yersiz davranışlar göstərib gülürdü. İndiki durumu ilə bağlı hər hansı məlumatım yoxdur".
Elçin Quliyevin yaxınları isə yayılan məlumatların doğru olmadığını bildirib: "Belə bir şey yoxdur. Rüfət Səfərovun yazdıqları həqiqətə uyğun deyil".
Xatırladaq ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. 10 il 6 ay cəza alıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1328 Tarix: 06 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabr