"Zerkalni Əliyar" yenə qaydaları pozdu - VİDEO
Bakıda yol hərəkəti qaydalarını mütəmadi olaraq pozduğu üçün tez-tez gündəmə gələn 77 yaşlı Əliyar Dadaşov yenidən eyni əməli törədib.
Sonxeber.az xəbər verir ki, bu barədə qafqazinfo-ya müraciət edən vətəndaş "Zerkalni Əliyar" adı ilə tanınan sürücünün Binəqədi rayonu 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində qaydaları kobud şəkildə pozmasının görüntüsünü təqdim edib.
Görüntüdən məlum olur ki, Ə.Dadaşov idarə etdiyi "Toyota Prado" markalı, 10 MM 100 dövlət qeydiyyat nişanlı avtomobillə piyada keçidində yolu keçməyə çalışan şəxsin həyatını riskə ataraq maşının sürətini azaltmadan hərəkətinə davam edir. Avtomobil daha sonra svetaforun xəbərdarlıqedici işığına məhəl qoymadan irəliləyir.
Qeyd edək ki, ötən ay Əliyar Dadaşovun qayda pozuntuları ilə bağlı bir neçə dəfə görüntülər ictimailəşib. Həmin vaxt Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli "Qafqazinfo"ya açıqlamasında bildirib ki, videoda görüntülənən avtomobilin sürücüsü əvvəllər dəfələrlə məsuliyyətə cəlb edilib.
Həmçinin məlum olub ki, mövcud qanunvericilikdə yol-hərəkəti qaydalarını təkrar pozmağa görə daha ağır cəza tədbirləri nəzərdə tutulmadığından Ə.Dadaşov barəsində daha sərt tədbirlər görmək mümkün olmur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1801 Tarix: 06 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrBu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi
22 sentyabrBulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır
"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı
22 sentyabrBakıda maraqlı toy karvanı - Video
Bakıda maraqlı toy karvanı diqqət çəkib. Axşam.az xəbər verir ki, bəylə gəlin toya motosikletlə gedib. Onların toy karvanı avtomobillərdən deyil, motosikletlərdən ibarət olub. Həmin görüntülər sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb. Görüntüləri BURADAN izləyə bilərsiniz
21 sentyabr