Ermənistan niyə Sülh sazişinin imzalanmasını gecikdirir?- AÇIQLAMA
"Ermənistanla post-müharibə dövründə sülh sazişi istiqamətində birgə fəaliyyətin mürəkkəbliyi Azərbaycan tərəfə əvvəlcədən bəlli idi. İlk növbədə 30 il ərzində miflərlə yaşamış erməni xalqının yeni reallığı birdən-birə qəbul etməsi asan məsələ deyil. İkincisi, məğlubiyyət belə, ölkədaxili revanşist dairələri öz təcavüzkar iddialarından tam çəkindirməyib. Digər tərəfdən, xarici havadarların müxtəlif formada dəstəyi Ermənistanda bəzi dairələri ümidləndirir, baxmayaraq ki, artıq havadarlar özləri də bilir ki, ikinci dəfə baş qaldırmaq Ermənistan üçün son deməkdir.Nəhayət, Azərbaycanla münasibətlər Ermənistanın daxili siyasəti üçün artıq qarşılıqlı ittiham alətinə çevrilib. Amma Vətən müharibəsindən keçən iki ilə yaxın bir dövrdə istər Fərrux, istərsə də Qisas əməliyyatları fonunda hər kəs şahid oldu ki, İlham Əliyev şəxsiyyəti və onun rəhbərliyi altında Azərbaycan ordusunun gücü qarşısında Ermənistanın 2 il əvvəl də, indi də, bundan sonra da məğlubiyyəti labüd olub və olacaq".
Bunu Sonxeber.az-a olan açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, bu gün Ermənistanın sülh gündəliyini ləngitmə cəhdinə gəlincə strategiyada Azərbaycan üçün yeni heç nə yoxdur.
"İrəvan sadəcə vaxt qazanmaq və separatçı rejimin mövcudiyyətini uzatmaq istəyirlər ki, cənab ilham Əliyevin qəti mövqeyi artıq İrəvanın bu məqsədini də fiaskoya çevirdi. İlk növbədə dövlət başçısı Qarabağın Azərbaycanın daxili məsələsi olduğunu, bu məsələnin İrəvanla müzakirə olunmayacağını bəyan etməklə Ermənistanı oyun kənarı buraxdı. Eyni zamanda artıq vasitəçilik missiyasını üzərinə götürmüş Avropa İttifaqı müzakirələrdə Qarabağ mövzusuna toxunmamaqla, Rusiya isə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməklə artıq Bakının mövqeyinə əməli dəstək ifadə ediblər. Yəni prezident İlham Əliyev bu prosesi artıq beynəlxlaq səviyyədə qəbuı etdirib. Ən nəhayət, 4-cü Brüssel görüşü ilə sülh sazişi üzərində işləmək üçün işçi qrupun yaradılması və Xarici İşlər nazirlərinin 1 ay ərzində görüşünün razılaşdırılması, noyabrda isə liderlərin yenidən görüş planı onu göstərir ki, artıq Bakı İrəvanı fakt qarşısında qoyub, yəni cənab İlham Əliyev hərbi məcburetmə tədbirləri ilə olduğu kimi, diplomatik məcburetmə tədbirləri ilə də İrəvanı bölgədə sülh və sabitliyin əldə olunmasına əməkdaşlıq mühitinin qurulmasına vadar edir".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı