Bakıdakı 25 milyonluq bağ evi ilə bağlı qərardad çıxarıldı
Bakı Apellyasiya Məhkəməsi sabiq deputat Qalib Salahzadənin hazırda ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyevə qarşı iddiası üzrə qərardad qəbul edib.
"Qafqazinfo" xəbər verir ki, hakim İlqar Kərimlinin çıxardığı qərardada əsasən, ekspertiza Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlunun istifadəsində olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zuğulba şosesi 2, 3 və 9 ünvanlarında yerləşən 72 sot torpaq sahəsinin, eləcə də yaxınlıqda yerləşən Rəsul Quliyevin özünün adına olan torpaq sahəsinin dəqiq ünvanları və həqiqi mülkiyyətçilərini müəyyən etməlidir.
Bildirilir ki, Bilgəh qəsəbəsi, Zuğulba şosesi 2, 3 və 9 ünvanlarında yerləşən 72 sot torpaq sahəsində Qalib Salahzadənin və onun yaxınlarının adına səkkiz mülkiyyət var.
İddiada bildirilir ki, Qalib Salahzadənin əlində həmin əraziyə aid 1994-cü ilin çıxarışı var. 2002-ci ildən isə qeydiyyat vəsiqələri olub. Həmçinin Rəsul Quliyevgilin adına olan torpaq sahəsi başqa bir ərazidədir. Onların çıxarışında ev göstərilmir, iddia etdikləri ünvanın Rusiya səfirliyinin Bilgəhdəki ərazisinə düşdüyü qeyd edilir.
Q.Salahzadə mətbuata açıqlamasında qeyd edib ki, R.Quliyev maklerlər vasitəsilə hazırda Ağasif Şakiroğlunun istifadəsində olan bağ evini satışa çıxarıb. Bağ evinin təxminən 25 milyon dollar qiyməti var.
Əgər ekspertiza R.Quliyevin adına olan torpaq sahəsinin fərqli ünvanda yerləşdiyi barədə qərar qəbul etsə, A.Şakiroğlu Zuğulba şosesi 2, 3 və 9 ünvanlarındakı bağ evlərindən çıxarılacaq.
Hazırda A.Şakiroğlinin yaşadığı mübahisəli bağ evini mühafizə polislərinin qoruduqları bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3239 Tarix: 06 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021