Psixoterapevtdən HƏYƏCAN TƏBİLİ: "Psixi durumlarını bilmədən onlara uşaq etibar edirik" - FOTO
Loqoped mərkəzində xüsusi qayğıya ehtiyacı olan azyaşlılara qarşı göstərilən kobud münasibəti əks etdirən videogörüntülər cəmiyyəti dərindən sarsıtdı. Kadrlar sosial şəbəkələrdə yayıldıqdan sonra bənzər hadisələrlə qarşılaşan valideynlər də pedaqoqların bu kimi davranışlarından şikayətçi olduqlarını yazdılar. Görünən odur ki, bu, ilk belə hadisə deyil. Daha dəhşətlisi - yalnız həmin müəssisədə deyil, başqa özəl və dövlət müəssisələrində də uşaqlara qarşı şiddət tətbiq edən pedaqoqların işləməsidir.
Bu kimi hallarda tək çarə pedaqoqların töhmət alması, cəzalandırılması və ya ən yaxşı halda işdən azad edilməsidirmi?
Mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verən psixoterapevt Elmir Əkbər bildirib ki, bütün bunların yayılmasında iki mühüm məqam var:
"Ölkədə psixoterapiya, psixologiya mütəxəssisi, demək olar ki, yoxdur. Peşəkar iki-üç kadr var. İnsanların psixologiyası isə bərbad vəziyyətdədir. Psixoterapiya üç-beş kitab oxumaqla mümkün deyil, mütəxəssislər psixoterapiya institutları ilə mütəmadi təmasda olmalıdırlar. Təəssüf ki, bu gün özünü psixoloq kimi təqdim edənlər arasında beş-altı aylıq "kurs" keçib, bir kağız parçası ilə fəaliyyət göstərənlər var. Həmin şəxsləri görəndə insan şoka düşür ki, bir müddət əvvəl bu insan tam ayrı bir sahə ilə məşğul idi, bu gün isə "psixoloq"dur. Dərd orasındadır ki, o keçdikləri kursu da savadlı kadr yox, hansısa əldəqayırma saxta mərkəz, dələduz, fırıldaqçı tərtib edir".
Valideynləri psixoloq seçərkən zəruri məqamlara diqqət etmədikləri üçün qınayan Elmir Əkbər deyir ki, özlərinə hətta geyim alanda yüz-dəfə dəfə ölçüb-biçən adamlar uşaqlarının sağlamlığını əmanət etdikləri mütəxəssisləri axtarıb-araşdırmağa ərinirlər:
"Bir maraqlanmırlar ki, psixoloq kimdir, nəçidir. Bəzi kütləvi informasiya vasitələri də müəyyən məbləğin qarşısında həmin saxtakar şəxsləri psixoloq kimi rekam edirlər. Baxırsan ki, adam özü adekvat deyil, amma kiməsə psixoloji yardım etməyə çalışır. Bu cür saxta "mütəxəssis"lərin olması, valideynlərin isə övladlarının sağlamlığı üçün hər şeyi etməmələri təəssüf doğurur. Bir çox valideyn üçün prioritet məsələ övladlarının sağalması deyil".
E.Əkbər təhsil müəssisələrində, bağçalarda baş verən problemlərə də diqqət çəkib:
"Psixoloq hər hansı pasiyentlə çalışmazdan öncə ona psixoterapevt rəy verməlidir. Bu rəy olmasa, loqopedin, psixoloqun hansısa pasiyentlə işləməsi düzgün deyil. Həkim-psixoterapevt o şəxsdir ki, onun diplomunda bu qeyd edilib. Necə ki nevropatoloq, ginekoloq və digər ixtisaslar diplomda yazılır. Bu yoxdursa, demək, o şəxs dələduzdan başqa bir şey deyil. Həmin müəssisələrdə çalışan pedaqoqlar özləri belə, həmin psixoterapevtlərin müayinəsindən keçdikdən sonra işə götürülməlidirlər. Bəs buna əməl edilirmi? Xeyr. Biz heç bilmirik onların psixi durumu nə vəziyyətdədir, amma onlara uşaq etibar edilir".
Bəs uşaqların psixikasına vurulan ziyan?
Psixoterapevt uşaqların aldığı travmaların bir ömür boyu onları bədbəxt etdiyini deyir:
"Onlar həyatdan zövq alıb, xoşbəxt ola bilmirlər. Həmin uşaqlar uzun müddət reabilitasiya dövrü keçməlidirlər ki, psixoloji durumları bərpa olunsun. Onlarla isə çox peşəkar insanlar işləməlidirlər. Mütəxəssislər ətraflı yoxlamalardan keçirilməlidirlər. Bu sahədə ciddi tədbirlərin görülməsinə ehtiyac var".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı