Polisə "dur get, internetimi düzəlt" dedi, həbs edildi
Qəbələdə sərxoş halda polis məntəqəsinə daxil olaraq insident törədən şəxs həbs edilib.
Sonxeber.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə bir neçə gün əvvəl rayonun Vəndam qəsəbəsində baş verib. Qəsəbə sakini, 1981-ci il təvəllüdlü Q. Ağayev yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra evdə internetin kəsildiyini görüb. Daha sonra yaşadığı ünvanı tərk edərək qəsəbənin mərkəzinə doğru hərəkət edib. Burada o, Qəbələ Rayon Polis Şöbəsinin sahə müvəkkilinin olduğu polis məntəqəsinə daxil olub. Sahə rəisi olan polis baş leytenantından evinin internetini düzəltdirməyini tələb edib və söyüş söyərək səs-küy salıb. Əraziyə əlavə polis əməkdaşları dəvət edildikdən sonra 41 yaşlı şəxs saxlanılaraq Qəbələ RPŞ-yə aparılıb. Onun barəsində inzibati protokol tərtib edilib və məhkəməyə göndərilib.
Qəbələ Rayon Məhkəməsində hadisə barədə ifadə verən polis sahə rəisi bildirib ki, sərxoş şəxs qəfil şəkildə onun xidməti otağına daxil olub: "Saat 14:45 radələrində Vəndam qəsəbəsində polis sahə rəisləri üçün nəzərdə tutulmuş polis məntəqəsində xidməti işimlə məşğul olarkən sonradan adını öyrəndiyim şəxs otağa daxil olub heç bir səbəb göstərmədən uca səslə "tez dur get, mənim internetimi düzəlt" deyərək qışqırmağa başladı, ünvanlı-ünvansız nalayiq söyüşlər söyməyə başladı. Həmin şəxsi sakitləşdirməyə çalışıb onun aqressiv olma səbəbini öyrənmək istədim. Vətəndaşın qeyri-ixtiyari hərəkətlər etdiyini müşahidə etdim və yaxın məsafədən nəfəsindən spirtli içki qoxusu gəldiyini hiss etdim. Səs-küyü eşidən polis sahə nəfəri otağa gələrək mənimlə birgə onu məntəqədən çölə çıxartmağa çalışdı, lakin o, tələbimizə qəsdən tabe olmayaraq sakitləşmədi".
Qəbələ Rayon Məhkəməsinin qərarı ilə Q.Ağayevə 10 sutka həbs cəzası verilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı