İçki şüşələri arasında can verən, qəbri tapılmayan quşbaz məşhurumuz – Bir ulduz axdı...

İçki şüşələri arasında can verən, qəbri tapılmayan quşbaz məşhurumuz – Bir ulduz axdı...Azərbaycan kinosunun ən yaraşıqlı aktyoru Ələsgər İbrahimovun qısa və acılı ömür hekayəsindən danışacağıq.

Lent.az "Bir ulduz axdı" layihəsi çərçivəsində Azərbaycan kinosunda "Bizi dağlarda axtarın", "Dvorjakın melodiyası", "Ömrün ilk saatı", "Qaraca qız", "Torpaq, Dəniz, Od, Səma", "Yeddi oğul istərəm", "İnsan məskən salır" kimi filmlərdə unudulmaz obrazlarla yadda qalmış Əlsəgər İbrahimovu yada salır.

Bəlkə də xatırlamadınız, "Zalımoğlu" desəm, tanıyacaqsınızmı? Tanıyacaqsınız.

Bir zamanlar qızlar uzaqdan ona baxıb həsrətlə ah çəkər, onunla göz- gözə gəlmək, diqqətini çəkmək üçün yollarının üstündə dayanardılar. Amma ürəklərə od salan bu məşhur elə pis unuduldu ki, nə ölümündən xəbər tutdular, nə də məzar yerini bilən kimsə var. Cəmi 37 yaş yaşadı. Ondan geriyə sadəcə, rolları qaldı, bir də adı.
O, ixtisasca aktyor yox, neft mühəndisi idi, kinoya təsadüfən gəlmişdi. Qonşuluqda yaşayan kinorejissor Arif Babayevin sayəsində. 1942-ci ildə İçəri Şəhərdə fəhlə ailəsində doğulmuşdu. Müharibə illərində anası da, atası da zavodlardan birində fəhləlik edirdi, ata o qədər çox işləmişdi ki, əlil olmuşdu, ailənin yükünü anası çəkirdi.

Demək olar ki, tək başına böyüyən Əlsəgərin tək dostu dərs kitablarıydı, elə uşaqlıqdan adamayovuşmaz, az danışan xasiyyəti var idi. Dərslərini yaxşı oxuduğuna görə, məktəbi bitirən kimi ali məktəbə qəbul oldu, neft mühəndisliyini oxudu. Amma iş tapa bilmirdi.

Demək olar ki, bütün gün evlərinin damında quş uçururudu, quşbaz idi. Arif Babayev hər dəfə işə gedib gələndə damda quş uçurtmaqla məşğul olan quşbaz gənci görürdü, məşğuliyyətini sevməsə də, yaraşığı, boy buxunu, dərin baxışları ilə əsl kino ulduzuna bənzədiyinin fərqinə varmışdı. Təcrübəli sənətkar yanılmamışdı. Bir gün Ələsgəri çağırdı, söhbət etdi, kinoya çəkəcəyini dedi.

Bu arada qeyd etmək yerinə düşər ki, Arif Babayev Xalq artisti Ənvər Həsənovun da kinoya gəlişində rol oynayıb, onu da qonşuluqda tapıb, incəsənətə bəxş edib. O, efirə çıxan gündən hər kəs onu Fransanın tanınmış aktyoru Jan Mareyə bənzətmişdi. Elə Arif Babayevin də diqqətini çəkmişdi bu bənzərlik. Bəlkə şans idi bu, bəlkə uğursuz qismətin aktyora verdiyi kiçik bir hədiyyə.
Ələsgər İbrahimov rejissorun dəvəti ilə "Azərbaycanfilm" kinostudiyasına gəlir və mühəndis kimi işə götürülür. Çox keçmədən Arif Babayev onu "İnsan məskən salır" filmində Ramiz roluna çəkir.

Kinostudiyanın o vaxtkı direktoru Adil İsgəndərov onun ifasından məmnun qalır və inkişaf etməsi üçün özünün axşamlar dərs dediyi kino aktyorluğu kursuna da dəvət edir. Hər şey yolunda getsə də, Ələsgər yenə özünün qaradinməz adam obrazından çıxa bilmir. O, kinostudiyanın həyətində quşbazlıq edir, quş damı tikir. Ən pisi isə içki aludəçiliyinə başlaması idi...

Hər tərəfdən sevgi məktubları alsa da, yüzlərlə qadının xəyallarını bəzəsə də, Əlsəgərin ən böyük sevgisi göyərçinlər və içki idi. Bir də…

Bir də bir qız var idi, kinostudiyada. Gənc bəstəkar. Bir-birlərinə bağlanmışdılar. Hər halda qız onu sevir, o isə susurdu, ümid vermirdi, gələcək vəd etmirdi. Uzun illər sadəcə birlikdə gəzib-dolaşmağı bacardılar. Onun ömrünün 37-ci ilində Əlsəgərin ciddi addım atmadığını görən bəstəkar qız, ondan ayrılıb bir başqası ilə yuva qurdu.

O ərəfələrdə Ələsgərin göyərçinlərindən studiyanın qonşuluğundakılar şikayət edirlər, o, dava salır, hətta bir nəfərin döyüb çənəsini də sındırır. Zalımoğlu özünü əsl zalım kimi aparır, amma ən çox da özünə qarşı. Susqun adam o qədər ciddi, adamayovuşmaz idi ki, kimsə onun nə üçün içkiyə qurşanmasının, sevgisindən vaz keçməsinin səbəbini soruşa bilmirdi. Ağırbaşlı idi, sözgötürməz, şit söhbətləri xoşlamaz, hər mövzuda danışmazdı. Həyatı barədə çox az adam nəsə bilərdi.

Ömrünün 37-ci ildə o həyata yamanca küsür və demək olar ki, ölümü özü çağırır. Heç vaxt heç kimin qonaq olmadığı balaca mənzili içki şüşələri ilə dolu olurdu. Elə bu da onun ölümcül xəstəliyə düçar olmasına, dost-tanışın ondan üz çevirməsinə səbəb olur. Bəlkə də xəstə olduğunu öncədən bilirmiş deyə, evlənmək niyyətinə də düşməyib.
Əlsəgər günlərlə evindən çıxmır, içir, içir, içirdi. Günlərin birində öldüyü məlum olur, qonşular əlaqədar idarəyə zəng edir, o da kimsəzilər kimi səssiz sədasız dəfn edilir. Nə yas mərasimi qurulur, nə ardınca gözəl sözlər deyilir, nə də məzarının yerini bilən, üstünə bir dəstə çiçək qoyan olur. Azərbaycanın Jan Maresinin, ən xarizmatik kişisinin bəxti gözəl olmur, gözlərdən uzaq sönüb gedir. Kimsənin ruhu duymadan, kömək istəmədən, haray salmadan. Onun ömür hekayəsini araşdırarkən, ürəyimdən dəli bir arzu keçdi, kaş ruhuyla söhbətləşə biləydim, soruşaydım, niyə belə elədin, zalım oğlu?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3102   Tarix: 07 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021