Goranboy rayon sakinlərinin qaz təchizatı ilə bağlı müraciətləri "Açıq mikrofon"da qeydə alındı
SOCAR "Azəriqaz" İstehsalat Birliyinin regionlarda keçirdiyi "Açıq mikrofon" aksiyası bu dəfə Goranboyda təşkil olunub.
"Abonentlərdən xahiş edirik, qaz təchizatı ilə bağlı üzləşdikləri problemləri aksiyada rahat şəkildə səsləndirsinlər". Bu sözləri Gəncə Regional qaz istismarı İdarəsinin rəisi adıçəkilən şəhərdə qurulan "Səyyar qəbul otağı"ndakı çıxışında bildirib.
"Açıq mikrofon"nun imkanlarından istifadə edən Kəpənəkçi kənd sakini Çinarə Nəsibova fərdi yaşayış evində qaz xəttinin və qaz sayğacının yerinin dəyişdirilməsini xahiş edib. Rayonun 58-ci məhəllə sakinləri Ceyhun Həsənovla Şöhrət Qəhrəmanovun müraciəti isə yeni çəkilən qaz xəttinə qoşulma və fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı olub. Vətəndaşlara məlumat verilib ki, SOCAR "Azəriqaz" İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Qeyd edək ki, mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi, şəhid ailələrinə və qazilərə şamil edilir. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.






Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 840 Tarix: 07 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə 22 yaşlı qadın BIÇAQLANDI: Əri saxlanıldı
Gəncədə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub. "Unikal"a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S.Hətəmliyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən həyat yoldaşı, 29 yaşlı Samir Hətəmli saxlanılaraq istintaq
4 may"Space" TV-yə yeni baş direktor təyin edildi
"Space" televiziyasına yeni baş direktor təyin edilib. -ın -a istinadən məlumatına görə, "Space" televiziyasının təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib. Ayaz Mustafayev bir az əvvəl televiziyanın rəhbər şəxsləri və redaksiya kollektivi ilə icla
4 may"Bakı Marafonu 2026" başladı - FOTO
"Bakı Marafonu 2026" başlayıb. xəbər verir ki, paytaxtda Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan, "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarış üçün 25 min iştirakçı qeydiyyatdan keçib. Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan
3 mayİlham Əliyev polşalı həmkarı Karol Navrotskini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Karol Navrotskiyə təbrik məktubu göndərib. AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:. "3 May - Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbayca
3 mayYay fəsli Azərbaycana bu tarixdə daxil olacaq
Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatında qeyd olunub. Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasınd
4 mayPərdələr və tül keçmişdə qaldı: indi pəncərələr üçün nə seçirlər?
Artıq pəncərə dekorasiyasında artıq bəzəklər və yüklü detallar deyil, sadəlik və yüngüllük üstünlük təşkil edir. Müasir yanaşma balans üzərində qurulub - həm funksionallıq, həm də estetika vacib sayılır. xarici mediaya istinadən xəbər verir ki, ənənəvi pərdələrin yerini isə rulon pərdələr, mat şüşə v
4 mayAzərbaycanda istilik mövsümü uzadılır?
Yaz fəslinin ortaları olmasına baxmayaraq, Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə yağışlı və küləkli günlərin davam etməsi əhali arasında istilik tələbatını yenidən aktuallaşdırıb. Bir çox mənzillərdə istilik cihazlarının hələ də istifadədə qalması mövcud vəziyyəti
4 may