Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev ilə görüşüb
Xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Sonxeber.az xəbər verir ki, tərəflər Azərbaycanla Rusiya arasında ikitərəfli gündəlikdə duran məsələlər, regionda cari vəziyyət ətrafında, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müxtəlif cəhətləri və bu çərçivədə atılan addımlar, etimad quruculuğu tədbirləri sahəsində görülən işlər, habelə gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar.
Bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının, habelə normallaşma prosesi çərçivəsində əldə edilmiş razılıqların tam icrasının vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1333 Tarix: 10 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabr