Sumqayıtda 2,3 və 4 mərtəbəli binaların sökülməsi nəzərdə tutulur - RƏSMİ
Sosial şəbəkələrdə 16-cı məhəllədə yaşayış binaların söküləcəyi ilə bağlı yayılan məlumatlar böyük müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Dövlət Arxitektura və Şəhərsalma Komitəsindən açıqlama verilib.
Bildirilib ki, Sumqayıt şəhərinin AR Nazirlər Kabinetinin 03.04.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Baş planınına əsasən, şəhər ərazisində 2, 3 və 4 mərtəbəli köhnəlmiş, müasir tələblərə cavab verməyən tikililərin yerləşdiyi məhəllələrdə mərhələli şəkildə yenidənqurma işlərinin aparılması nəzərdə tutulur: "Şəhərin Baş planına uyğun olaraq, həmin ərazilərdə əhalinin yaşayış şəraitini və şəhər görkəmini yaxşılaşdırmaq məqsədilə müasir tələblərə cavab verən yeni məhəllələrin yaradılması planlaşdırılır.
Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin sifarişi ilə şəhərin sözügedən ərazilərindən biri olan - Heydər Əliyev prospekti, 20 Yanvar, Nizami Gəncəvi və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsində yerləşən 16-cı məhəllənin yenidənqurulması üçün müfəssəl plan layihəsi hazırlanmışdır. İcra Hakimiyyəti həmin plan layihəsini Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi də daxil olmaqla bütün aidiyyəti dövlət qurumları ilə razılaşdırmışdır.
Məlumat üçün qeyd olunmalıdır ki, müfəssəl plan üzərində iş çərçivəsində sözügedən ünvanda yerləşən yaşayış və qeyri-yaşayış binalarının dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil olmadığı aidiyyəti qurumlar tərəfindən bir daha yoxlanılmışdır, tarixi-memarlıq əhəmiyyətə malik olmadığı müəyyənləşdirilmişdir".
Bu plan layihəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlarla razılaşdırıldıqdan və ictimai müzakirəsi plan əsasında və Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən mərhələli şəkildə verilən tikintiyə icazələr əsasında aparılması nəzərdə tutulub".
Sumqayıt şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş yaşayış binalarının sökülərək, yerində müasir tələblərə uyğun yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı