Azərbaycanlı Paşayev Rusiyada yenidən vəkil statusu aldı
Aktyor Mixail Yefremovun keçmiş vəkili Elman Paşayev yenidən vəkil statusu alıb.
Bu, Şimali Osetiya Vəkillər Kollegiyasında baş verib.
Elman Paşayevin özü bildirib ki, iyunun sonunda sınaqdan keçirilib və 70 sualı cavablandırmaq üçün ona 12 dəqiqə vaxt lazım olub. Vəkil əlavə edib ki, komissiya üzvləri onun müdafiəçilər sırasına qayıtmasına yekdilliklə səs veriblər.
Vəkil bildirib ki, son iki ildə çox çalışıb: "Gecə-gündüz işlədim, işlədim, heç olmasa bir az dincəlmək üçün özümü jurnalistlərdən təcrid etdim".
Mixail Yefremov 2020-ci il iyunun 8-də baş vermiş ölümlə nəticələnən qəzaya görə 7,5 il müddətinə azadlıqdan məhrum edilib. O, sərxoş halda maşın idarə edib, qarşıdan gələn zolağa çıxıb və orada avtomobillə toqquşub, nəticədə sürücüsü dünyasını dəyişib.
Paşayev 2020-ci ildə mətbuatda yayılan açıqlamalara görə vəkillik statusundan məhrum edilib. Vəkil Yefremovun öz avtomobilini idarə etmədiyini sübut etməyə çalışaraq təqsirinin inkarı strategiyasını seçib. Aktyor bildirib ki, o zaman hüquqi statusundan məhrum edilən Paşayev ona məhkəmə üçün "şahidlər almağı" təklif edib. Onun sözlərinə görə, keçmiş vəkili əmin edib ki, o, məhkəmədə lazımi ifadə verə biləcək insanları tanıyır, daha doğrusu, aktyoru maşını idarə edərkən görmədiklərini deyəcəklər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1718 Tarix: 10 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili
22 sentyabrBank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Son dövrlər kredit borcu olan şəxslərin yaxınlarına bank və ya bank adından fəaliyyət göstərən şəxslər tərəfindən zəng edilməsi ilə bağlı narazılıqlar gündəmə gəlir. Borclunun qohumunun kredit müqaviləsində zamin və ya digər hüquqi tərəf olub-olmaması burada mühüm əhəmiyyət daşıyır. Xüsusilə borclunu
21 sentyabrAZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb
"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat
21 sentyabrAlim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir
21 sentyabr