Silikon implantları olan qadınlarda dəri xərçənginin yeni forması aşkar edilib... - Yeni təhlükə

Silikon implantları olan qadınlarda dəri xərçənginin yeni forması aşkar edilib... - Yeni təhlükəHəkimlər sinənin istənilən dəyişməsində müayinədən keçmək zərurəti barədə xəbərdarlıq edir...

"İmplant qoyulmasından 10 il sonra, hətta qadın özünü yaxşı hiss etsə belə, mütləq plastik cərrahın müayinəsindən keçmək lazımdır..."

"Dünyada 1227, ABŞ-da 400 halda döş implantı olan qadınlarda limfoma aşkar edilib..."

Döş implantları şişlərin inkişaf riskini yüksəldirmi?

ABŞ dərmanlara və məhsullara nəzarət üzrə Federal Agentliyi (FDA) avqustun 8-də məlumat verib ki, dəri xərçənginin nadir forması-skvamoz-hüceyrə karsinoması və silikon implant ətrafında çapıq toxumalardan inkişaf edən limfoma barəsində məlumat alıb.

Bu barədə "Ynet" nəşrində sentyabrın 9-da dərc edilən məqalədə deyilir.

FDA dərinin skvamoz-hüceyrə karsinoması haqqında 10 məlumat və silikon implantların yerləşdirilməsi ilə bağlı müxtəlif növ limfoma haqqında 12 məlumat alıb.

Hazırda, agentlyin izah etdiyi kimi, bu şişlərin implantla bağlı olması barədə informasiya kifayət deyil və onkoloji riski yüksəldən implant tipini söyləmək mümkün deyil.

3 il öncə FDA anaplastik limfomanın inkişafı barədə məlumatlarla bağlı döş implantları haqqında xəbərdarlıq edib.

İndi FDA bəyan edir ki, əvvəllər məlumat verilən limfomadan fərqli tip limfoma inkişaf edib.

FDA həmçinin iddia edir ki, implant ətrafında çapıq toxumadan inkişaf edən şişlər nadir hallarda baş verir, qadınların hansılarının risk qrupuna aid olması bəlli deyil.

FDA-nın məlumatına görə, 2022-ci ilin avqustunda ABŞ-da 400 və bütün dünyada 1227 halda BİA-ALCL tipli limfomanın (döş implantları ilə bağlı anaplastik iri hüceyrəli limfoma) inkişaf etməsi barədə bəlli olub.

Bu tip şiş barədə bir neçə il öncə məlunat verilib. Bu siyahıya hazırda İsraildə belə diaqnoz qoyulan 8 xəstə də daxil edilib.

İsrailin plastik cərrahlar Assosiasiyasının sədri doktor Meir Koen deyib: "Biz ictimaiyyəti risklər barədə məlumatlandırmalı və qadınlara sinənin istənilən dəyişməsinə diqqət etməyə çağırış etməliyik. Müntəzəm olaraq döşün müayinəsi aparılmalıdır. Səhiyyə nazirliyi və xərçənglə mübarizə Asosiasiyasının tövsiyələrinə görə, implantın qoyulmasından 10 il sonra hətta qadın özünü yaxşı hiss etsə belə, mütləq plastik cərrahın müayinəsindən keçmək lazımdır./Moderator


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1098   Tarix: 11 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad

11 oktyabr
.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17 oktyabr
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23 oktyabr
.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30 oktyabr
.

Protein niyə lazımdır?

Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır

1 noyabr
.

Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı

Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir

13 oktyabr
.

Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk

İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl

9 oktyabr
.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27 oktyabr
.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas

11 oktyabr