Hüquq müdafiəçiləri dünənki həbslərlə bağlı Prezidentə müraciət etdilər
Ədalət Naminə Həmrəylik Komitəsinin üzvləri bu gecə barələrində həbs qətimkan tədbiri seçilmiş Xural TV-nin rəhbəri Əvəz Zeynallı və tanınmış vəkil Elçin Sadıqovla bağlı Prezident İlham Əliyevə müraciət ediblər.
Həmin müraciəti olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Bakının Binəqədi Rayon Məhkəməsi Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinin təqdimatını təmin edərək sentyabrın 11-də jurnalist Əvəz Zeynallı barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Vəkil Elçin Sadıqov da eyni müddətə həbs edilib.
Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma), Sadıqov isə 311 və 32.5 (rüşvət almağa köməklik) maddəsi ilə ittiham olunur.
Müdafiə tərəfi iddia edir ki, prokurorluq xəbərlərə və mediaya əsaslanaraq cinayət təqibi başlayıb və işdə konkret şikayətçi yoxdur.
Sadıqov və Zeynallı ittihamları rədd edir və cinayət təqibini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
Yuxarıda deyilənlər bizdə bir sıra suallar yaradır və hesab edirik ki, Zeynallı və Sadıqov barəsində seçilmiş həbs-qətimkan tədbiri həddindən artıqdır və qanun qarşısında bərabərlik, ədalət və humanizm prinsiplərinə ziddir.
Diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir ki, Zeynallının 311.3.3 maddəsi ilə ittiham olunur. Maddə hakimiyyət nümayəndəsinin məsuliyyətini nəzərdə tutur. Amma Sadıqov kimi o da hakimiyyət nümayəndəsi deyil.
İttihamların irəli sürülməsinə KİV vasitəsilə təşəbbüs edilib və sonradan bu fakt ictimai rəyə və dövlət orqanlarının qərar qəbul etməsinə təzyiq göstərib.
Zeynallı və Sadıqovun tanınmış ictimai xadimlər, öz sahəsinin peşəkarları, hörmətə layiq, müstəqil Azərbaycanın təşəkkülü üçün çoxlu işlər görmüş şəxslər olduğunu nəzərə almamaq da mümkün deyil.
Zeynallı və Sadıqov onları gözdən salmaq, araşdırma aparmaq kampaniyası başlayandan nə cəmiyyətin, nə də istintaqın suallarından yayınmayıblar. Biz onların həbsini həddindən artıq və əsassız tədbir kimi qiymətləndiririk.
Bununla əlaqədar olaraq, qətimkan tədbirinin dəyişdirilməsinə və baş verənlərin şəffaf və ədalətli araşdırılmasına köməklik göstərməyinizi xahiş edirik.
Ədalət Naminə Həmrəylik Komitəsinin üzvləri:
1.Novella Cəfərova
2.Səidə Qocamanlı
3.Səadət Bənənyarlı
4.Arzu Abdullayeva
5.Mirvari Qəhrəmanlı
6.Hilal Məmmədov
7.Elçin Həsənzadə
8.Sevinc Sadıqova
9.Mehman Əliyev
(Bakupost)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı