Ruslan Əliyev polkovnik-leytenant Təbriz Kərimovun ailəsini ziyarət etdi (VİDEO)
Ruslan Əliyev şəhid general-mayor Polad Həşimovun səngər yoldaşı, polkovnik-leytenant Təbriz Kərimovun ailəsini ziyarət edib.
Sonxeber.az Qaynarinfo-ya istinadla xəbər verir ki, SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ilə birgə polkovnik-leytenant Təbriz Kərimovun ailəsini ziyarət ediblər.
Təbriz Kərimov Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan Tovuz döyüşlərinin iştirakçısıdır. Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatlarının qarşısının qətiyyətlə alınmasında onun da müstəsna rolu olub. 24 ildir Azərbaycan ordusuna xidmət edən polkovnik-leytenant Təbriz Kərimov acı da olsa, bu döyüşlər zamanı general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər neçə-neçə mərd, vətənsevər qəhrəmanların şəhidlik zirvəsinə ucaldığı anın canlı şahidi olub. Ölkə rəhbərliyi tərəfindən Vətən uğrunda canından keçərək qanı ilə tarix yazan şəhidlərimizin ailə üzvlərinə, sağlamlığını itirən qazilərə, habelə müharibə iştirakçılarına hər zaman xüsusi diqqət və qayğı göstərilir. SOCAR rəhbərliyi də bu kateqoriyadan olan müraciətlərə böyük önəm verir. Görülən işlər çərçivəsində polkovnik-leytenant Təbriz Kərimovun yaşadığı fərdi yaşayış evi SOCAR rəhbərliyinin tapşırığı ilə qısa müddət ərzində təbii qazla təmin edilib. Baş direktor görüş zamanı ailənin qayğıları ilə maraqlanaraq hər zaman onların müraciətlərinin icrasına hazır olduğunu qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1116 Tarix: 11 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabr