Bakıda bir yaşlı körpənin müəmmalı ölümü: "Adına heç bir sənəd açılmayıb" - YENİLƏNİB
Suraxanı rayonu, Hövsan qəsəbəsində anası tərəfindən yeməyinə hidrogen-peroksid qatılaraq öldürüldüyü iddia olunan bir yaşlı körpə poliklinikada qeydiyyatda olmayıb.
Bu barədə Hövsan qəsəbəsində yerləşən 16 saylı Uşaq Poliklinikasından Oxu.Az-a verilən məlumatda deyilir:
"Uşağın adına poliklinikada heç bir sənəd açılmayıb. Ailəni tanımırıq. Ailə ilə bağlı heç bir məlumatımız yoxdur".
Qəsəbə bələdiyyəsi isə hadisənin onlara aid olmadığını bildirib:
"Məsələdən xəbərimiz yoxdur. Ümumiyyətlə, ailəni tanımırıq və bu məsələ ilə bağlı aidiyyəti qurumlar məşğul olur".
İcra hakimiyyəti isə zənglərimizi cavabsız qoydu.
12:09
Bakıda qadın 1 yaşlı övladının yeməyinə zəhər qataraq qətlə yetirib.
Bu barədə Sonxeber.az-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1894 Tarix: 12 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabr