Payızda koronavirusa yoluxma arta bilər
Yeni tədris ilinin başlanması ilə koronavirusa yoluxma sayı arta bilər.
Sonxeber.az xəbər verir ki, bunu trend-in sualına cavab olaraq infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.
Onun sözlərinə görə, yoluxma halları əsasən orta məktəblərdə və universitetlərdə ola bilər.
"Yoluxma hallarını artıra biləcək əsas səbəblər insanların bir yerdə toplaşması və mövsümə uyğun olaraq siniflərin az havalandırılmasıdır. Ancaq bu dəfə yoluxma halında çox artım baş verməyəcək. Müşahidələrimizdən görürük ki, əvvəlki yoluxma dalğası sürətli gedirdi. Lakin son aylar dinamika aşağıdır. Bu da insanların çoxunun virusa yoluxub sağalması və peyvənd olunması ilə bağlıdır. Əhalidə kütləvi immunitet formalaşıb. Bu səbəbdən payız fəslində kütləvi və sürətli yoluxma gözlənilmir", - deyə infeksionist bildirib.
Qeyd edək ki, dünənə olan məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 266 yeni yoluxma faktı qeydə alınıb, 459 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 772 Tarix: 12 sentyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sentyabrın pensiyaları ödənildi
Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd
22 sentyabrÇaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Son illər çaylarda su səviyyəsinin azalması və şirin su ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar artır. İqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların azalması və qeyri-bərabər paylanması, quraqlıq, suvarmada su itkiləri və su ehtiyatlarından səmərəsiz istifadə bu prosesə təsir edə
21 sentyabrAlim Qasımovdan əl çəkin!
Alim Qasımovun Üzeyir Mehdizadə ilə oxuduğu "Nəyindən narahatsan?" adlı duet deyəsən çoxlarını narahat edib. Amma niyə? Nə üçün? Onların duetindən narazı qalanlara bir sual vermək lazımdır: Alim Qasımov bu günə qədər kimə və nəyə borcludur ki, kimlə duet oxuyacağına görə hesabat verməlidir
21 sentyabrSabah 34 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd
22 sentyabr